Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


28.09.2018  13:09 

“Altı nəfər vəzifədən azad olunub, 5-i isə...” - Zakir Qaralov





A+  A-

Baş prokuror Zakir Qaralovun prokurorluq orqanlarının yaranmasının 100 illiyi ilə bağlı “Azərbaycan” qəzetində geniş məqaləsi dərc olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Z.Qaralov qeyd edib ki, görülmüş sistem xarakterli ardıcıl tədbirlər nəticəsində kriminogen durum ciddi nəzarət altında saxlanılmaqla özbaşınalığın və qanunsuzluğun tüğyan etdiyi ötən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisədə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı dəfələrlə azalıb. Əvvəlki illərdə törədilən bir çox ağır və xüsusilə ağır cinayətlər açılıb, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Ötən ilin peşə bayramından bu günə kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 8604 müraciət daxil olub, onlardan 4102-si ərizə və şikayət, 4502-si isə “161-Qaynar xətt” mərkəzi ilə qəbul edilib. Qaynar xəttə daxil olan müraciətlərdən prokurorluğun səlahiyyətlərinə aid olan 306-sı üzrə araşdırma aparılıb, onlardan 15-i ilə bağlı cinayət işi açılıb. İdarədə cinayət xarakterli baxılan 279 müraciətdən 193-ü üzrə cinayət işi başlanılıb.

Qeyd olunan dövr ərzində qurumda ibtidai araşdırılması aparılan 566 cinayət işindən 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib.

2002-ci ildən başlayaraq prokurorluğua işə qəbul üzrə 19 müsabiqə nəticəsində uğur qazanmış 873 gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib. Həmin gənclərin əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilib, hazırda onlardan 125-i Baş Prokurorluqda, 44-ü isə rəhbər vəzifələrdə çalışır. Ötən ilin peşə bayramından sonra 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilən 38 işçidən 25 nəfərə töhmət verilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad olunub, 5 nəfər prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluqda 1506 nəfər qəbul olunub, onlardan 206 nəfəri rəhbərlik qəbul edib, 12 səyyar qəbul üzrə 291 vətəndaş qəbul olunub.

Xəbər 1591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +