Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.09.2018  16:05 

Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunu yoxladı





A+  A-

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Hesablama Palatasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı hesabat dinlənilib, nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Auditin nəticələri ilə bağlı qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına Kollegiya qərarının surətinin göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Kollegiya iclasında Hesablama Palatasının dövlət büdcəsinin icrasına nəzarət fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ölkə prezidentinin 2018-ci il 15 may tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”na bəzi əlavələrə dair, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına aparılmış dövlət satınalmaları haqqında qurumlar tərəfindən təqdim edilməli məlumat formaları müzakirə edilərək təsdiq olunub.

Xəbər 3517 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +