“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


21.09.2018  09:48 

Qarabağda müharibə başlaya bilərmi?





A+  A-

“Ermənistanın Baş naziri Nikol Paşinyan hərəkətləri və verdiyi bəyanatları ilə faktiki olaraq müharibəyə çağırışlarla çıxış edir. Onun bütün addımları Dağlıq Qarabağda müharibənin başlanacağına bir işarədir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında tanınmış politoloq Fikrət Sadıxov Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış ən son vəziyyəti şərh edərkən bildirib.



Politoloq qeyd edib ki, hazırda reallıq ondan ibarətdir ki, Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yeni rəhbərliyi təxribatlar və siyasi xuliqanlıqla məşğul olur: "O, özünü demokrat kimi qələmə verməyə çalışır. Amma Paşinyanın bütün bəyanatları, addımları ona işarə edir ki, bu insanın, sadəcə olaraq, nə siyasi təcrübəsi var, nə də daxili və xarici siyasətdən başı çıxır. Üstəgəl, onun özünü təxribatçı kimi aparması... Bəzən elə təəssürat yaranır ki, onun psixi durumu yoxlanılmalıdır, çünki özünü normal, adekvat kimi aparmır. Məncə, bu insan mütləq tibbi müayinədən keçməli, həkimlər, mütəxəssislər onun psixi durumuna ciddi diqqət yetirməlidirlər. Ona görə ki, görünür, bu insan bəzi məqamları, sadəcə, dərk edə bilmir.

Azərbaycan Prezidenti İlham Əliyev də Biləsuvarda olarkən çox düzgün qeyd elədi ki, əgər Ermənistan 2016-cı ilin hadisələrindən heç bir nəticə çıxarmayıbsa, onda məsuliyyət tamamilə erməni tərəfinin boynuna düşür. Dövlət başçısı bu yaxınlarda qoşunların təmas xəttində Azərbaycan Ordusunun erməni tərəfinə verdiyi cavabları xatırladaraq xüsusi vurğuladı ki, onların yaddaşından hələ uzun müddət çıxmayacaq”.

Onun fikrincə, Azərbaycan Dağlıq Qarabağ məsələsində həm hücumedici diplomatik addımlar atmalı, həm də bir sıra hallarda ermənilərin qoşunların təmas xəttindəki açıq şəkildəki təxribatlarına güclü hərbi potensialımızdan istifadə edərək sarsıdıcı zərbələr endirməlidir: "Mənə belə gəlir ki, onlar bəlkə də bu cür dili daha yaxşı başa düşürlər, nəinki sivil formada olan danışığı.
Çünki hazırda Ermənistanın, Baş nazir Nikol Paşinyanın birmənalı şəkildə sülh danışıqlarından yayınması müşahidə olunur. Onun həyat yoldaşı Azərbaycan tərəfinə müraciət edir ki, qadınlar bu müharibəyə son qoysun. Paşinyanın özü isə faktiki olaraq müharibəyə çağırışlarla çıxış edir. Onun bütün addımları müharibənin başlanacağına işarə edir".

F.Sadıxov hesab edir ki, Azərbaycan XİN çox düzgün olaraq bunu nəzərə alıb ATƏT-in Minsk qrupu həmsədrlərindən tələb edib ki, bu hərəkətlərə son qoyulsun: "Çünki Nikol Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək orada da təxribatlarla məşğul olur, gedib orada sarsaq, cəfəng bəyanatlar verir. Axı Azərbaycanın səbri tükənməz deyil. Təbii ki, bütün bunların qarşısı alınmalı və ona adekvat olaraq güclü cavab verilməlidir".

Xəbər 1348 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +