Hava şəraiti kəskin dəyişəcək
Sofiya ASAN könüllüsü oldu
Azərbaycanda gənclər kanalı yaradılacaq
Türkiyədə MHP-AKP ittifaqı DAĞILDI
Camal Kaşıkçının cəsədi tapıldı
15 günə 51 min cərimə yazıldı
Qəbələdə zəlzələ olub
Əhəd Abıyev əməliyyat olundu
Sürücülərin nəzərinə - Yeni qaydalar belədir
200 milyonluq hərrac keçiriləcək


20.09.2018  15:02 

Deputatdan Meriyaya ciddi İTTİHAM - Parkinqlərdə yığılan qanunsuz pullar kimlərin cibinə AXIR?..





A+  A-

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib.
Hazırda Bakının bir çox yerlərdində parkinq üçün nəzərdə tutulan ödəniş terminalları işləmir. Əvəzində özünü Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən, əlində xüsusi səyyar aparat olan şəxslər avtomobilini park etmək istəyən sürücülərin başının üstünü kəsdirib 1 saat üçün ən azı 50 qəpik, yada 1 manat ödəniş tələb edirlər. Əgər 1 manat ödəniş edib avtomobili 2 saat ərzində müəyyən olunan yerdə saxlayıbsınızsa, əlavə olaraq 1 manat da ödəməlisiniz.

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı Mais Ağayev sözügedən şəxslərin BNA-nın əməkdaşı olmadığını bildirib:

“Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir. Parkinqlərə nəzarət bizə verilsə də, təhvil-təslim prosesi yekunlaşmadığından hələlik tam olaraq, BNA-nın balansında deyil”.

BNA rəsmisi sürücülərdən parkinq haqqı alan şəxslərin hansı qurumun əməkdaşı olduqlarını bilmədiyini vurğulayıb və bunun qanusnuz olduğunu diqqətə çatdırıb.



“İndiki halda parkinq üçün ödəniş tələb edilməsi qanunaziddir”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, təhvil-təslim işlərinin aparıldığı bir vaxtda vətəndaşlardan ödəniş tələb edilməsi tam qanunsuzdur:


“İllərdir bu sahədə xeyli qanunsuzluq, özbaşınalıq, nəzarətsizlik hökm sürür. Düşünürəm ki, səlahiyyətlərin Bakı Nəqliyyat Agentliyinə verilməsilə nəzarət mexanizminin gücləndirilməsi nəzərdə tutulub. Ümumilikdə parkinq məsələsində yaranan problemlər təktərəfli deyil. Bəzi sürücülər tərəfindən avtomobillərin parkinq üçün müəyyən olunan və olunmayan yerlərdə saxlanılmasının gediş-gəlişə maneə yaratması halları da müşahidə edilir. Mən səlahiyyətlərin Bakı Nəqliyyat Agentliyinə verilməsi məsələsilə bağlı kiçik araşdırma apardım. Belə məlum oldu ki, bu cür qaydalara nəzarət etmək də BNA-ya verilir. Mən düşünürəm ki, yol polislərinin intizamsız sürücülərlə çox çətin şəraitdə bacardıqları bir vaxtda, hansı ki, maşınların dayanma, durma qaydalarının pozulması halları artıb, mülki qurumun əməkdaşları üçün bunun öhdəsindən gəlmək daha da çətin olacaq. Hesab edirəm ki, məsələ hərtərəfli araşdırılmalıdır. Burada söhbət səlahiyyətlərin hansı quruma verilməsindən asılı olmayaraq, ayrı-ayrı vətəndaşların hərəkətin intensivliyinə maneə yaratması hallarının aradan qaldırılmasından gedir. Bu gün binaların həyətində, girəcəyində, iki binanın arasında maşınların ikitərəfli şəkildə saxlanılmasından insanlar əziyyət çəkir, əsəb və sarsıntı keçirirlər. Ümumiyyətlə, bir qurumun məktəblərin, bağçaların, binaların giriş-çıxışında bu cür qanunsuz və səliqəsiz parklamalara nəzarətin öhdəsindən gələ biləcəyinə məndə şübhə var”.

Parkinqlərdə ödəniş məbləğini kim müəyyən edir?

Ç.Qənizadə parkinqlərdə ödənişlərin məbləğinin müəyyən olunmasının mübahisə doğurduğunu qeyd edib:

“Burada qaydalar dəyişdirilməlidir. “8-ci kilometr”də parkinqin qiymətilə Hökumət evinin, Prezident Adminstrasiyasının yaxınlığındakı, Bakının mərkəzindəki parkinqlərdə ödənişlər eyni ola bilməz. Mən demirəm bahalıq olmalıdır. Kim harada, ürəyi hansı məbləği istəyir onu da oxuyur. İndiki maksimum qiymətlər endirilməlidir. Qiymətlərə yenidən baxılmalıdır. Parlamentdə bir neçə dəfə yeraltı dayanacaqlarda parkinq qiymətlərinin yüksək olması məsələsini də qaldırmışdım. Məsələn, aylıq 400-500 manat maaş alan bir gənc hər gün maşını parkinqdə saxladıqda aya ən azı 150 manat ödəniş etməlidir. Hətta avtomobilini parkinqdə 6 saatdan çox saxlayanlar daha çox ödəniş edirlər. Bir şəxsin ayda 150-200 manat parkinqə pul ödəməsi yolverilməzdir. Ən azı bu insanlara güzəştlər tətbiq olunmalıdır. Ümumiyyətlə düşünürəm ki, bu məsələ sırf məmurlar arasında deyil, həm də ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edilməlidir”.

“İcra Hakimiyyətinin əməkdaşları ciblərini doldurur”

Hüquqşünas qeyd edib ki, təhvil-təslim prosesində Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının parkinq ödənişi tələb etməsi qanunaziddir:


“Bakı Nəqliyyat Agentliyi təhvil-təslim prosesinin getdiyini açıqlayıbsa, Bakı Şəhər İcra Hakimiyyətinin hansısa əməkdaşının parkinq üçün ödəniş tələb etməsi tam qanunsuzdur və özfəaliyyətdir. O zaman belə çıxır ki, İcra Hakimiyyəti əməkdaşlarının arxasında yenə də kimlərsə durur və yaranmış şəraitdən istifadə edərək öz ciblərini doldurmaqla məşğldurlar. Aidiyyatı qurumlar seyrçi olamqdansa, bunun qarşısını almağa borcludurlar”.

Xəbər 663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.10.2018  17:39 

Səbaildə su olmayacaq

23.10.2018  16:48 

Hava şəraiti kəskin dəyişəcək

23.10.2018  16:23 

Sofiya ASAN könüllüsü oldu

23.10.2018  13:17 

15 günə 51 min cərimə yazıldı

23.10.2018  12:21 

Qəbələdə zəlzələ olub

23.10.2018  11:45 

Əhəd Abıyev əməliyyat olundu

23.10.2018  11:19 

Qurban Qurbanov 48 pillə gerilədi

23.10.2018  11:06 

200 milyonluq hərrac keçiriləcək

23.10.2018  10:21 

Novruz Məmmədovdan YENİLİK


BÜTÜN XƏBƏRLƏR +