Neft yenə ucuzlaşır
3158 maşın postlardan geri qaytarıldı
30-39 yaş arası yoluxanların sayı artıb
İcazələrin alınması sistemində yenilik
“Karantin rejimini davam etdirməliyik”
Çimərliklərdə 25 dərəcə isti olacaq
Deputat da Mərkəzi Bankı ittiham etdi
Dünənki qəzalarda 5 nəfər ölüb
Etibar Babayev koronavirusdan vəfat etdi
Bu hallarda SMS icazə tələb olunmur


19.09.2018  12:39 

Azərbaycanda ictimai nəqliyyatda niyə güzəştli kartlar yoxdur?





A+  A-

Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan istifadə edən bir qrup sərnişinlərə güzəştlər tətbiq edilir.
XəzərNews.az xəbər verir ki, güzəştlər kateqoriyasında təmsil olunanlara tələbələr, müəllimlər, bir qrup dövlət işçiləri, pensionerlər, veteranlar, hətta jurnalistlər də daxildir.

Məsələn, qonşu Türkiyədə nəqliyyatda tələbələrə və şagirdlərə 60 faiz, 60-65 yaş arası insanlara 50 faiz, 65 yaşdan yuxarı təbəqə, eyni zamanda polis, əsgər və.s üçün pulsuz güzəştlər tətbiq edilir.

Bundan əlavə, ictimai nəqliyyatdan daha çox istifadə edənlər üçün gündəlik, həftəlik və aylıq kartlar var. Bu kartlar vasitəsilə ay ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir.

Qonşu Rusiyada da güzəştlər mövcuddur. Məsələn, ölkənin uzaq şimalında yaşayanlar üçün illik büdcədən istirahət yerinə gedib qayıtması üçün büdcədən vəsait ayrılır. Bundan əlavə, pensiyaçılar, Böyük Vətən müharibəsi əlilləri, veteranlar, çox uşaqlı ailələr, SSRİ qəhrəmanları, Çernobıl qəzasının nəticələrini aradan qaldıran zaman zərərçəkmiş şəxslər və.s ictimai nəqliyyatdan pulsuz istifadə edə bilir. Qeyd edək ki, Rusiyanın müxtəlif regionlarında güzəştlərin həcmi dəyişə bilir. Bəzi regionlarda tələbələr də tələbə biletini göstərərək pulsuz nəqliyyatdan istifadə edə bilərlər.

Bəs, Azərbaycanda sözügedən kateqoriyalarda təmsil olunan şəxslərə güzəştlər barədə planlar varmı?

Bildiyiniz kimi, hazırda ölkədə bunu labüd edən əsas amillərdən biri də sərnişindaşımanın tariflərində avqust ayının birindən etibarən edilən dəyişiklikdir. Belə ki, avtobuslarda şəhərdaxili gediş haqqı 30 qəpik, paytaxtın bir sıra uzaq qəsəbə və kəndlərinə gedən avtobuslarda isə 40 qəpikdir. Bu arada bildirək ki, sərnişinlərin bir çoxu mənzil başına çatmaq üçün bir neçə marşrut da dəyişməli olur.

“Qafqazinfo” sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevə müraciət edib.
Məlum olub ki, hələ ki bu kimi məsələlər agentlikdə müzakirə olunmur:

“Hazırda əsas məqsəd nağdsız ödəniş sistemi ilə çalışan avtobusların əhatə dairəsini genişləndirməkdir. Bunun üçün zəruri işlər görülür. Avtobus parkının yenilənməsi nəzərdə tutulub. Avtobus parkı yeniləndikcə kart sisteminə keçid də təmin ediləcək. Hazırda yeni avtobusların gətirilməsi üçün tender gedir. Yeni avtobuslardan sonra bütün xətlər sıradan çıxarılacaq”.

Xəbər 1139 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2020  11:19 

Neft yenə ucuzlaşır

03.07.2020  13:50 

Messi “Barselona”dan ayrılır

03.07.2020  11:53 

Yeniyetmə Kür çayında batdı

03.07.2020  08:51 

Neft bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +