İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.09.2018  10:21 

Azərbaycan XİN-dəki “sehrli kreslo” və bu kreslodan yüksələnlər





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu vəzifədən azad edilərək, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə müdir müavini təyin olunub.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri vəzifəsi Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

Beləliklə də XİN-in mətbuat xidmətinin rəhbəri postu boşalıb və tezliklə bu vəzifədə yeni sima görə biləcəyik.

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyi mətbuat xidmətinə indiyədək rəhbərlik etmiş şəxslər media ilə ilə ən yaxşı münasibətlər qura bilmiş mətbuat katibləri olub.

Hikmət Hacıyev və ondan əvvəl XİN-in mətbuat katibi vəzifəsində işləyənlər mediaya münasibətdə digər qurumların sözçülərindən həmişə yaxşı mənada fərqləniblər.

Hələ Hikmət Hacıyevin təyinatından öncə bəziləri zarafatla Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin əyləşdiyi kreslonu "sehrli kreslo" adlandırırdı.

Bu, onunla əlaqələndirilir ki, indiyədək XİN mətbuat xidmətinin rəhbəri postunu tutanların hamısı bir müddət işləyəndən sonra daha yüksək vəzifəyə yüksəliblər.

Gəlin keçmişə nəzər salaq.



2000-ci illərin əvvələrində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə KİV-lə uğurlu əlaqlər yarada bilən şəxs kimi yaddaşlarda qalıb. O zaman jurnalist təşkilatlarının keçirdiyi sorğular nəticəsində XİN bir neçə dəfə "KİV-lə açıq nazirlik" nominasiyasında qalib də olub. M.Mirzə 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə görəvini başa vurub Vətənə qayıtdıqdan sonra bir müddət Xarici İşlər Nazirliyinin müvafiq idarəsində fəaliyyətini davam etdirib.
2013-cü ilin sentyabrında isə Mətin Mirzə Azərbaycanın Çindəki səfirliyinə müşavir vəzifəsinə göndərilib. O, 2018-ci ilədək Çindəki səfirliyimizdə çalışıb.



Daha sonra XİN-in mətbuat xidmətinə bir müddət Tahir Tağızadə rəhbərlik edib. O, 2007-ci ildə mətbuat xidmətinin rəhbəri postundan Azərbaycanın Çexiyadakı səfir vəzifəsinə təyinat alıb, 2014-cü ildə isə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



2007-ci ildən XİN-in mətbuat xidmətinə rəhbərlik etməyə başlayan Xəzər İbrahim isə 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib, ardınca isə 16.08.2011-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. Daha sonra Xəzər İbrahim 5 oktyabr 2017-ci ildə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə aparılıb.



2009-ci ildən XİN mətbuat xidmətinin rəhbəri postuna gətirilən Elxan Poluxov da sonradan səfir vəzifəsinə yüksəlib. Belə ki, iki il sonra – 15.03.2011-ci il tarixində ölkə prezidentinin sərəncamı ilə Elxan Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilərək, o, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
2016-cı ilin dekabrında Elxan Poluxov Azərbaycan Respublikasındakı Braziliyadakı diplomatik missiyasına rəhbər təyin edilib. O, hazırda həm də Azərbaycan səfiri kimi Qayana, Surinam, Ekvador və Trinidad və Tobaqoda akkreditə olunub.



2011-ci ilən 2014-cü ilin sentyabrnadək Xarici İşlər Nazirliyinin mətbuat katibi postuna Elman Abdullayev rəhbərlik edib. O da bu vəzifədə 3 illik fəalliyyətdən sonra səfir göndərildi. Belə ki, 18 sentyabr 2014-cü il tarixində Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. E.Abdullayev hazırda da həmin postda işləyir.



Hikmət Hacıyevin XİN-in mətbuat katibi postunda çalışma müddəti təxminən 4 il sürdü (sentyabr 2014-sentyabr 2018).

Media indi XİN-in yeni mətbuat katibinin kim olacağını maraqla gözləyir...

Xəbər 1069 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +