İran Hörmüzü bağlayacaq - ABŞ-a cavab
İlham Əliyev Zelenskini təbrik etdi
3 ayda qəzalarda 33 nəfər ölüb
Bu restoranlar bağlana bilər - SİYAHI
Bakıda daha 2 uşağı it dişləyib
Neftin qiyməti rekord həddə çatdı
Sınaq imtahanına qeydiyyat başlayıb
Atəşkəsdən xəbər var
Bakıda yanğın olub, uşaqlar zəhərlənib
Diqqətli olun - Bu yollar bağlıdır


14.09.2018  11:58 

Dünya Oyunlarının qalibindən Mənsimovlara qarşı ittihamlar - “Evimizi yerlə yeksan etdilər...” + FOTOLAR





A+  A-

Tanınmış azərbaycanlı iş adamı, "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı fırıldaqçılıqda ittiham edilir.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, ittihamlarla Bakı şəhərində yaşayan məcburi köçkün, əlbəyaxa döyüş üzrə Dünya Oyunlarının qalibi Orxan Əlizadə çıxış edib.

Onun iddiasına görə, iş adamının qarşı Mais Mənsimov köçkün ailəsinin 32 min manatını "yeyib”.

Hadisə 2004-cü ildə baş verib.



Belə ki, Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün düşən 10 ailə üzvü Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 31 ünvanında (177 nömrəli orta məktəblə üzbəüz) ev alaraq, orada məskunlaşıb. Sonradan ailə üzvlərindən biri - Əsgərov Nəriman Qasım oğlu həmin mənzilin yanındakı 374 kv metrlik Təmir tikinti idarəsinin obyektinin 12.75%-ni, yəni 47.6 kv metrlik çörək sexini Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş çıxarışa əsasən öz adına özəlləşdirib.

2004-cü ildə Fərhad Kazımov adlı şəxs, Mais Mənsimov və Mübariz Mənsimovun yeznəsi Aşur həmin ünvana gedərək mənzilin və çörək sexinin yerləşdiyi ərazini alaraq, yerində hündürmərtəbəli bina tikmək istədiklərini deyiblər.

Ailə ümumilikdə 117.6 kvadratmetrlik ərazini 80 min manata satmağa razılıq verib. Köçkün ailəsinə 48 min manat ödəniş edilib. Qalan 32 min manatın mənzil boşaldıldıqdan sonra veriləcəyi deyilib.



"Razılaşdığımız kimi biz onlara notarial qaydada çörək sexi üzərində sərəncam vermək barədə etibarnamə verdik, onlar isə pulu səhəri gün ofisdən götürməyi məsləhət gördülər. Səhəri gün bizə borclu olduqları 32.000 manat pulun əvəzinə 15.000 təklif etdilər. Biz isə razılaşmadıq. Hadisələr bundan sonra başladı”.

İddia olunur ki, ailə zor gücünə yaşadıqları mənzildən çıxarılıb, evdə və çörək sexində olan əşyalar küçəyə tökülüb. Ev və çörək sexi buldozerlə yerlə-yeksan edilib. Həmin vaxt evdə olan əşya və avadanlıqların çoxu yararsız hala düşüb, bəziləri isə itib.

Nəriman Əsgərov sonradan onlara verdiyi etibarnaməni ləğv edib. Bundan sonra isə qarşı tərəf vəd etdiyi 15 min manatı da verməkdən boyun qaçırıb.
Belə olduqda ailə bununla bağlı məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi qarşı tərəfin lehinə qərar çıxarıb.

O. Əlizadə deyir ki, Mənsimovlar onların vəkilini də satın alıb. Bundan sonra iş qapanıb.



Ailə məlum hadisə ilə bağlı Mübariz Mənsimovun qəbuluna düşmək istəsə də, buna nail ola bilməyiblər.

"Torpağın çıxarışı da dayımın adınadır. Amma illərdir, hüququmuzu bərpa edə bilmirik. Bilmirik kimə müraciət edək. Hazırda həmin ərazinin dəyəri yüz minlərlə ölçülür”.

Məlumat üçün bildirək ki, hazırda sözügedən ünvanda 16 mərtəbəli bina ucaldılıb. Binanın komendantının Mübariz Mənsimovun yeznəsi Aşur olduğu deyilir.

Qarşı tərəfin mövqeyini yayınlmağa hazırıq.






Xəbər 794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2019  18:11 

3 ayda qəzalarda 33 nəfər ölüb

22.04.2019  16:54 

Məzənnə eyni qaldı

22.04.2019  12:29 

Dəniz limanında bədbəxt hadisə

22.04.2019  10:43 

Atəşkəsdən xəbər var


BÜTÜN XƏBƏRLƏR +