Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


13.09.2018  18:43 

194 saylı orta məktəbdən ŞİKAYƏT VAR - “Məktəb direktorun yox, dövlətindir”





A+  A-

Bakı şəhər sakini Arzu Bayramova Xətai rayonu Zakir Yusifov adına 194 saylı orta məktəbin direktorundan şikayətçidir.
XəzərNews.az-ın məlumatına görə, Azadinform-a müraciət edən A.Bayramova bildirib ki, oğlu sözügedən məktəbdə təhsil alır: “Oğlum 1-ci sinifdə 1 “b” sinfində təhsil alıb. Amma göstərilən təhsil səviyyəsi bizi qane etməyib. Müəllimə dəfələrlə dərsləri təkrar verirdi. Günə 1-2 çalışma ev tapşırığı verirdi. Digər siniflərlə müqayisədə müəllimə şagirdlər üçün həvəsləndirici, uşaqlarda maraq yaradan heç bir məşğuliyyətdən istifadə etmirdi. Əlamətdar günlərdə digər siniflərdə kiçik tədbir xarakterli yaxud bu tipli hər hansı bir səhnəciklər yaradırlar. Oğlumun oxuduğu 1 “b” sinfinin müəllimi Validə xanım isə qaydaları yalnız şifahi şəkildə sorğu-sual əsasında formalaşdırır. Bu da 1-ci sinif şagirdinin yaddaşından silinib gedir. Digər siniflərdə isə qayda dəftəri var. Yay tətili üçün də heç bir tapşırıq verilməyib. Təbii ki, biz evdə oğluma yazdırmışıq. Amma müəllimənin verdiyi tapşırığın məsuliyyəti ilə valideynin yazdırdığı tapşırığın məsuliyyəti eyni səviyyədə deyil. Uşağın məktəbdə dərsində oturub dərs prosesini də izləmişəm. Sinif hamılıqla ayaq üstə, dərslər isə səs-küylü şəkildə tədris olunur. Şagirdlərin müəllimdən çəkinmək hissi sıfır səviyyədədir. Tədris ilində dəfələrlə Validə müəllimə dərslərdə iştirak etməyib. Bütün bunları Validə müəllimənin səhhətində olan problemlərlə, eyni zamanda yaşının yuxarı olması ilə əlaqələndiririk”.

Valideyn qeyd edib ki, şikayəti olan tək ana o deyil: “Elə bu səbəblə də 07.09.2018-ci il tarixində həmin məktəbin direktoru Əliyusif Əliyevə müraciət etdim. Amma direktor bildirdi ki, “mən uşağın sinfin dəyişdirə bilmərəm, əgər istəmirsinizsə məktəbi dəyişin”. Mən bildirdim ki, əraziyə yaxın məktəb bura olduğu üçün təhsilin burada davam etdirilməsini istəyirik. Direktor isə “siz artıq bu sinifdən 7-ci valideynsiniz ki, şikayətə gəlmisiniz və sinfi dəyişmək istəyirsiniz. Mən dəyişsəm, gərək, sinfi bağlayam” - deyərək Validə müəlliməni dəvət etdi. Və bildirdi ki, müəllimə ilə məsələni həll edin. Qeyd etdim ki, rəhbərlik sizsiniz və bu məsələ sizin səlahiyyətinizdədir, əgər həll etmirsinizsə biz Təhsil İdarəsinə müraciət edək. Direktor bildirdi ki, “hara müraciət edirsiniz, edin, sinfi dəyişmək mümkün deyil”. Qeyd edim ki, direktora bundan əvvəl də dəfələrlə sinfi dəyişməsi üçün müraciət etmişdim. İlk vaxtlarda bunu 1-ci yarımildən sonra gerçəkləşdirəcəyinə söz versə də hələ də problemi aradan qaldırmır. Artıq yeni tədris ili başlayır və mən övladımın 2 “b” sinfində təhsil almasını istəmirəm. Həmin sinifdən artıq neçə nəfər şagirdin sinfini direktor dəyişmədiyi üçün başqa məktəblərdə təhsillərini davam etdirməyə qərar veriblər. Çünki direktor yalnız onu məsləhət görür ki, məktəbdən çıxart. Biz başa düşmürük ki, məktəb direktorundur, yoxsa dövlətin?”

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsinə müraciət etdik. Qurumdan Azadinform-a verilən məlumata görə, problem artıq araşdırılıb: “194 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 2 “b” sinfinin valideyni övladının sinfini dəyişərək 2 “a” və 2 “d” siniflərindən birinə qoymaq üçün məktəb rəhbərliyinə müraciət edib. Həmin siniflərdə şagird sayı çox olduğu üçün şagirdin yerləşdirilməsinin mümkün olmadığı valideynə bildirilib. Həmçinin, valideynlə telefon əlaqəsi saxlanılaraq övladının 2 “a” və 2 “d” sinfindən başqa digər bir sinfə yerləşdirməyin mümkünlüyü deyilib və bu məsələ öz həllini tapıb”.

Qeyd edək ki, valideyn direktorun onunla telefon əlaqəsi saxladığı faktını təsdiqləyir. Amma hələ də məsələnin həll olunmadığını iddia edir.

Xəbər 3560 dəfə oxunub.




29.03.2024  23:57 

Zelenski kadr dəyişiklikləri edib

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?


BÜTÜN XƏBƏRLƏR +