Koronavirusla bağlı testlərin SAYI
DİM ödənişsiz sınaq imtahanları keçirib
Gəncədə narkotacir saxlanıldı
Rusiyada koronavirusla bağlı son vəziyyət
Azərbaycan nefti bahalaşdı
Sabahın HAVA PROQNOZU
Gücləndirilmiş dezinfeksiya aparılacaq
1200 kq narkotik vasitə məhv edildi
“Dərs vaxtı“nın iyunun 8-nə olan CƏDVƏLİ
Maşınla icazəsiz çıxanlar cəzalandırılır


12.09.2018  13:43 

Sabahın hava proqnozu





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 55-65 faiz olacaq.

Abşeron çimərliklərində

Sentyabrın 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 13-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Xəbər 638 dəfə oxunub.



06.06.2020  16:11 

Gəncədə narkotacir saxlanıldı

06.06.2020  15:09 

Azərbaycan nefti bahalaşdı

06.06.2020  14:52 

Sabahın HAVA PROQNOZU

06.06.2020  10:34 

Türkiyə şəhid verdi

05.06.2020  16:19 

Neft 41 dolları ötdü


BÜTÜN XƏBƏRLƏR +