Bələdiyyə binasında yanğın
İtaliyada azərbaycanlı tələbə itkin düşüb
Süpürgəçini maşın vurdu
Atəşkəs yenə pozuldu
Xoruz adam öldürdü
Zelenski Qonçarukun istefasını qəbul etmədi
Beynəlxalq müşahidəçilərin sayı artır
MSK DSK-nın qərarını ləğv edib
Gəncədə əməliyyat - Polis yaralandı
Baş pediatr qripdən danışdı


10.09.2018  09:37 

Azərbaycan zəli satır





A+  A-

Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ilk dəfə olaraq, ölkə daxilində və ölkədən kənarda satılması üçün danışıqlara başlanılıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib. E.Yusifovun sözlərinə görə, yerli şirkətlərdən biri Zoologiya İnstitutunun yetişdirdiyi zəlilərlə maraqlanmağa başlayıb. Şirkətlə bağlanılacaq xidməti müqavilə əsasında zəlilərin Zoologiya İnstitutu tərəfindən yetişdirilməsi, onun daha sonra həmin şirkətə satılması, şirkətin isə onu bazara çıxarması nəzərdə tutulur. Zəlilərin institutun Ağsu Təcrübə Dayaq Məntəqəsindəki süni göllərdə çoxaldılmaqla satış üçün hazırlanması planlaşdırılır.

E.Yusifov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq, Zoologiya İnstitutu tərəfindən zəlilər süni şəraitdə çoxaldılıb. Artıq 2000-ə qədər zəli çoxaldılaraq institutun Mingəçevir Təcrübə Dayaq Məntəqəsinə təhvil verilib.

Zəlilərin çox yüksək artım qabiliyyətinin olduğunu söyləyən institut direktoru əlavə edib ki, 1 zəli bir il ərzində 1-2 barama verir, hər baramadansa 12-13 bala çıxır: “Min zəli bir ilin sonunda təxminən 15 min, ikinci ilin sonunda 350 min, üçüncü ilin sonunda isə 5 milyon zəli olur. Azərbaycanın daxilində zəlilərin qiyməti 50 qəpikdən 2 manata qədər dəyişir. Xaricdə isə bir zəli təxminən 8 avroya satılır”.

Zəlilərin getdikcə tükəndiyini nəzərə çatdıran E.Yusifovun sözlərinə görə, zəlilərin süni şəraitdə çoxaldılması onların təbiətdən ovlanmasına olan ehtiyacı aradan qaldırır. Zəlilərin süni şəraitdə çoxaldılması təcrübəsinin genişlənməsi ölkəmizin gəlir mənbəyini də artırar: "Çünki xarici ölkələr Azərbaycan zəlilərini çox həvəslə alırlar. Hazırda respublikada satılan və xaricə ixrac edilən zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəlilələri daha çox Rusiya, Türkiyə və Avropa ölkələrinə satırlar. Zəliləri süni surətdə çoxaltdıqda onu istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil".

Xəbər 723 dəfə oxunub.



18.01.2020  11:09 

Bələdiyyə binasında yanğın

18.01.2020  10:45 

Süpürgəçini maşın vurdu

18.01.2020  10:21 

Atəşkəs yenə pozuldu

18.01.2020  10:08 

Xoruz adam öldürdü

17.01.2020  15:58 

MSK DSK-nın qərarını ləğv edib

17.01.2020  15:44 

Xatirə Vasifi müdafiə etdi

17.01.2020  11:27 

Baş pediatr qripdən danışdı

17.01.2020  10:21 

Rayonlarımız atəşə tutuldu

17.01.2020  09:23 

Çində güclü zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +