Koronavirusla bağlı testlərin SAYI
DİM ödənişsiz sınaq imtahanları keçirib
Gəncədə narkotacir saxlanıldı
Rusiyada koronavirusla bağlı son vəziyyət
Azərbaycan nefti bahalaşdı
Sabahın HAVA PROQNOZU
Gücləndirilmiş dezinfeksiya aparılacaq
1200 kq narkotik vasitə məhv edildi
“Dərs vaxtı“nın iyunun 8-nə olan CƏDVƏLİ
Maşınla icazəsiz çıxanlar cəzalandırılır


08.09.2018  10:52 

Biləsuvarda daha 49 ədəd partlamamış sursat tapıldı





A+  A-

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 49 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) XəzərNews.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 07 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 49 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 11 000 kv.m əraziyə yerüstü və 750 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

7 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 752 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkar olunub, 68 500 kv.m əraziyə yerüstü və 4 160 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Xəbər 701 dəfə oxunub.



06.06.2020  16:11 

Gəncədə narkotacir saxlanıldı

06.06.2020  15:09 

Azərbaycan nefti bahalaşdı

06.06.2020  14:52 

Sabahın HAVA PROQNOZU

06.06.2020  10:34 

Türkiyə şəhid verdi

05.06.2020  16:19 

Neft 41 dolları ötdü


BÜTÜN XƏBƏRLƏR +