İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.09.2018  16:32 

Ərzaq təchizatı: Problemlər həllini gözləyir





A+  A-

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti niyə bu sahədə ciddi işlər görə bilmir?
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı və satışı sahəsində müəyyən problemlərin olduğu sirr deyil. Xüsusən də, istehsal olunmuş məhsulların realizəsi sahəsində ciddi problemlər var. Belə ki, aqrar məhsul istehsalçıları öz məhsullarının ölkə bazarlarında və xarici ölkələrdə satışını lazımi səviyyədə təşkil edə bilmirlər. Burada həm nəqliyyat-daşınma, həm logistika, həm sənədləşdirmə işlərini təşkil edə bilməmək, həm də bazarlarda yer tapmaq məsələsi əngəl yaradır.

Bir çox ölkələrdə kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada alışı təşkil olunur. Belə ki, tələbata uyğun olaraq dövlət əvvəlcədən istehsalçılara sifarişini verir və məhsul hazır olanda onu optimal qiymətə alır. Burada həm ölkənin ərzaq təhlükəsizliyi cəhətdən, həm yerli istehsalçıların dəstəklənməsi cəhətdən, həm də aqrar məhsulların xarici bazarlarda tanıdılması cəhətdən dövlətin maraqları var.

Respublikamızda isə belə bir sistemin yaradılması məsələsi uzun illər aktual olub. Çünki yerli bazarlar alverçilər tərəfindən tutulduğundan kəndlilərin və fermerlərin öz məhsullarını bazarlara çıxarmaq imkanları məhduddur. İxrac məsələsində isə onlar daha çox problemlərlə üzləşirlər. Bu halda qeyd etdiyimiz sistemin yaradılması vacib idi.



Tədarük və təchizatla bağlı dövlət siyasəti

Bu məqsədlə 2016-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Səhmdar Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Səhmdar Cəmiyyət aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (Dövlət Taxıl Fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təşkil edilməsi;

- Kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinin təmin edilməsi ilə bağlı müvafiq infrastrukturun yaradılması;

- Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması və genişləndirilməsi, həmçinin büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədi ilə zəruri hallarda idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi;

- Yerli kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının və ixracın təşviqi məqsədi ilə tələbatdan artıq tədarük edilmiş kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracının, habelə yerli bazarda bütün satış kanalları və zəncirləri vasitəsilə həmin məhsulların satışının təşkili və həyata keçirilməsi, o cümlədən bütün növ topdansatış və pərakəndə satış obyektlərinin təşkili və idarə olunması.



Bəs keçən 2 ildə ASC hansı işləri görüb?

XəzərNews.az-ın məlumatına görə, Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli Azadinform-un suallarına cavab olaraq bildirdi ki, ötən dövr ərzində Səhmdar Cəmiyyətin regionlarda fəaliyyətinin səmərəli təşkil olunması məqsədi ilə 12 regional bölmə, regional bölmələrin yerləşdikləri rayon mərkəzlərində 12 regional anbar və 38 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr üçün inzibati bina və anbarlar icarəyə götürülüb və lazımi avadanlıqlarla təchiz edilib: “31 dekabr 2016-cı il tarixindən başlayaraq satınalan təşkilatların ərzaq mallarına olan tələbatları təmin edilməyə başlanmışdır. Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla 863 sayda müqavilə bağlanılmış və 1863 sayda təchizat nöqtəsini özündə əks etdirmişdir. Hazırda logistika sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət aparılır, GPS izləmə sisteminin və eyni zamanda məhsul yükü üzrə marşrut bölgüsünün proqramlaşdırılması tədbirləri həyata keçirilir”.

ASC rəsmisinin sözlərinə görə, Səhmdar Cəmiyyət tərəfindən 2018-ci ilin 7 ayı ərzində bütün regionlar daxil olmaqla 26 min 335 ton, 62 milyon 285 min manatlıq kənd təsərrüfat məhsulları tədarük olunub: “Tədarük olunmuş məhsullar arasında süd və süd məhsulları (18 milyon 195 min manatlıq), ət məhsulları (17 milyon 959 min manatlıq), un və un məhsulları (5 milyon 944 min manatlıq), tərəvəz məhsulları (5 milyon 710 min manat) üstünlük təşkil edib.

Cari dövrdə 3 milyon 88 min kq, dəyəri 4 milyon 187 min manatlıq məhsul ixracı həyata keçirilib. İxrac olunan məhsullar Rusiya bazarlarında realizə olunub. İxrac olunan məhsullar arasında meyvə-giləmeyvə, tərəvəz üstünlük təşkil edib”.



İstehsalçılardan tədarük hansı şərtlərlə həyata keçirilir?

Nicat Nəsirli deyir ki, yerli istehsalçılarla əvvəlcədən müqavilə imzalamaqla əməkdaşlıq həyata keçirilir. Məhsulların dəyəri orta bazar qiymətinə uyğun olaraq tarlabaşında ödənilir: “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2017-2018-ci il üçün satınalan təşkilatların ərzaq məhsullarına olan təlabatının həcmini müəyyən edib. Səhmdar Cəmiyyət bütün respublikanı əhatə etməklə 1563 satınalan təşkilatı (uşaq bağçaları, xüsusi təmayüllü təhsil müəssisələri, xəstəxanalar, hərbi hissələr və s.) 163 adda ərzaq məhsulları ilə təmin edir”.

Məhsulların alış və satış qiymətlərinə gəldikdə bildirildi ki, Səhmdar Cəmiyyət ölkə ərazisində fəaliyyət göstərən istehsalçılara və satıcılara müraciət edərək orta bazar qiymətinə satın alınması nəzərdə tutulan ərzaq məhsullarının təklif edilməsinə dəvət edir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları barədə elanlar “tedaruk.az” portalında yerləşdirilib.

Müsahibimiz bildirdi ki, Səhmdar Cəmiyyət cari dövrdə yerli istehsalçılardan 163 adda, dəyəri 119 milyon manat olan 73 min ton həcmində qida və kənd təsərrüfatı məhsulları tədarük etməyi planlaşdırır.



Cəmiyyət niyə bu işi yüksək səviyyədə təşkil edə bilmir?

ASC-nin gördüyü işlərə və qeyd etdikləri müsbət məqamlara baxmayaraq, bu sahədə problemlərin olduğu haqda məlumatlar var. Düzdür, satış, yəni təchizatla bağlı problemlər yoxdur - ASC tələbə uyğun olaraq idarə müəssisə və təşkilatları məhsulla təchiz edir. Lakin, alışla bağlı problemlər var. Belə ki, Səhmdar Cəmiyyətin məhsulların alışı zamanı ayrı-seçkilik etməsi, həmçinin, az sayda fermer istisna olmaqla digər istehsalçılardan məhsullar alınmır. Bundan başqa, alış qiymətləri bazar qiymətindən aşağı təklif edildiyindən bir çoxları əməkdaşlıqda maraqlı olmurlar.

Halbuki, bu işi genişləndirmək üçün bütün imkanlar var. Bir çox yerli istehsalçıların məhsulları əlində qalır, sata bilmir, xarab olur. Ən yaxşı halda çox ucuz qiymətə alverçilərə verir, onlar da bir neçə qat qiymətə istehlakçılara satırlar. ASC bu işi geniş miqyasda və ədalətli təşkil etsə, həm yerli istehsalçılar məhsul istehsalında maraqlı olar, həm də istehlak bazarında ucuzlaşma yaranar.

Respublikada aqrar sektorun inkişafı, həmçinin istehlak bazarında stabil qiymətlərin təmin edilməsi üçün mərkəzləşdirilmiş tədarük və təchizat işlərinə böyük ehtiyac var. Çünki, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, planlaşdırılmış istehsal sistemi olmadığı üçün bir mövsüm hansısa məhsul çox əkilir və qiyməti çox ucuz olduğundan əkinçilər zərərə düşür, digər mövsümdə həmin məhsuldan çox az əkilir qiymət yüksək olur, bu dəfə istehlakçılar zərərə düşürlər.

Hesab edirik ki, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC düzgün və daha fəal işləsə, bu problem də aradan qalxar. Son nəticədə respublikamızın aqrar sektorunda ciddi inkişaf baş verər.

Mövzunu ekspertlərin və fermerlərin açıqlamaları ilə davam etdirəcəyik.

Xəbər 3098 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +