Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


06.09.2018  16:09 

“Skripalların zəhərlənməsinə görə məsuliyyət Putinin üzərinə düşür” - İTTİHAM





A+  A-

Britaniyada Solberidə Rusiya BKİ-sinin eks-polkovniki Sergey Skripal və qızının “Noviçok” sinir-iflic qazı ilə zəhərlənməsindən sonra iki ölkə arasında böhran davam edir.
XəzərNews.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Britaniyanın təhlükəsizik naziri Ben Uolles bu işdə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını vurğulayıb.

Uolles hadisəyə sonda Putinin cavab verməli olacağını bildirib.

Onun sözlərinə görə Britaniya hakimiyyəti hadisə baş verən zaman birbaşa Putinə müraciət etməli idi.

Nazir Rusiya prezidentinin hərbi kəşfiyyat üzərində güclü təsirinin olduğunu qeyd edib.

“Baş Kəşfiyyat İdarəsi (QRU) şübhəsiz ki, öz başına deyil. Onun fəaliyyəti həm Rusiya Baş Qərargahının yüksək çinli rəsmiləri, həm də müdafiə naziri ilə əlaqəli olduğu kimi oradan da Kreml və prezident ofisi ilə bağlıdır. Son nəticədə o, (Putin red.) bunu edir. Onun hökuməti Müdafiə Nazirliyi vasitəsi ilə vasitələrə nəzarət edir və hərbi kəşfiyyat istiqamətləndirir. Düşünmürəm ki, kimsə Vladimir Putinin öz dövlətinə nəzarət etmədiyini söyləsin” – Uolles bildirib.

O, baş nazir Tereza Meyin də Solsberi hadisələri və Eymsberidə bu maddə üzündən bir qadının ölümünə görə Putinə ittiham etməsə də Kremlə işarə etdiyini diqqətə çatdırıb.

Nazirin sözlərinə görə Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Moskvaya qarşı bu işin ifadəsi ilə Kremlin üzərindəki diplomatik təzyiqi gücləndirməyə çalışacaq.

Qeyd edək ki, bu keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya da üzv kimi iştirak etməlidir.

Xəbər 1419 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +