200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.09.2018  15:52 

Boş qalan yerlərə tələbə qəbulunun nəticələri AÇIQLANDI





A+  A-

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a məlumat verilib.

Bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3312 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1386 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaqdır.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Xəbər 1554 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +