Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


05.09.2018  15:56 

Çin Azərbaycana 112 texnika verdi





A+  A-

Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) istismarına 112 adda yol texnikasi və maşın-mexanizmlər verilib.
Bu barədə AAYDA-dan XəzərNews.az-a verilən məlumatda bildirilib.

Bununla əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sözügedən texnikaların təhvil verilməsinə dair mərasim keçirilib. Mərasimdə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov və rəhbər şəxsləri, Çin Xalq Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua və səfirliyin əməkdaşları, həmçinin Azərbaycan respublikası Nazirlər Kabinetinin məsul şəxsləri iştirak ediblər.

Saleh Məmmədov Çindən yol təsərrüfatında istifadə edilən 239 adda maşın-mexanizm və texnika alındığını bildirib. Sədr yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsini hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutu olduğunu deyib və bu kimi texniki yardımların iki ölkə arasında olan münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxardığını əlavə edib.

Çinin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua da iki ölkə arasında olan dostluq münasibətlərdən söz açıb və bu il ərzində Çindən Azərbaycana 100-dən artıq artıq yol istismarı, təmiri və tikinti texnikalarının çatdırıldığını qeyd edərək, bu cür texniki yardımların növbəti illərdə də qardaş və dost ölkə olan Azərbaycana davam etdiriləcəyini deyib.

Daha sonra təhvil-təslim aktı imzalanıb. Aktı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua imzalayıblar.

Xəbər 1721 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +