Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


05.09.2018  11:07 

Azərbaycan ABŞ-a NOTA VERDİ





A+  A-

Amerika Birləşmiş Ştatlarının Dan Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə əlaqədar ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub.
XİN-dən XəzərNews.az-a daxil olan məlumata görə, görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycanın Dövlət Sərhədi haqqında Qanunu və Miqrasiya məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi, Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə olarkən qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etdiyi və nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb.

Həmçinin, ABŞ vətəndaşı olan bu şəxsin kameralar qarşısında tərbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqətinə və mənəvi dəyərlərinə toxunduğu diqqətə çatdırılıb və onun bu kimi əməllərinin Azərbaycan və ABŞ arasında olan dostluq əlaqələrinin ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Onun bu kimi qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğu tərəfindən cinayət işinin açıldığı və məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görüldüyü vurğulanıb.

Azərbaycan tərəfdən ABŞ hökumətinin D.Bilzerian adlı birisinin qanunsuz əməlləri ilə əlaqədar ölkəmizin narahatlığını ciddi surətdə nəzərə alacağı, öz vətəndaşlarının Azərbaycanın mili qanunları, suverenliyi və ərazi bütövlüyünün, habelə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarından çəkindirmək üçün zəruri tədbirlər görəcəyinin gözlənildiyi qeyd olunub.

Xəbər 1453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +