Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.09.2018  10:54 

“Sahibsiz” torpaqlar və yaşıl “soyqırım”





A+  A-

Masallı rayonu Boradigah qəsəbəsinin mövcud problemləri, xüsusən də meşə zolaqlarının kütləvi məhvi, su hövzələrinin dağıdılması və bu yaşayış məntəqəsinin içindən keçən Boradigah çayının məişət tullatılarının atılması səbəbindən ekoloji fəlakət mənbəyinə çevrilməsi, həmçinin, digər bu kimi məsələlərlə bağlı silsilə yazılarla çıxış etməyimə baxmayaraq, bugünədək nəticəsiz olaraq qalmaqdadır – aidiyyəti qurumlar hələ ki, “səbir və təmkin” nümayiş etdirməkdədirlər.
Bu gün zibil yığnağına çevrilən Boradigah çayı, təkcə böyük bir qəsəbənin görünən üzü deyil, həm də onu bu hala salan ixtiyar sahiblərinin iyrənc simasıdır –12 minə yaxın əhalisi olan qəsəbədə məişət tullantıları daşınmadığından sakinlər onu bu hala salmaq məcburiyyətində qalıblar – məişət tullantıları birbaşa çaya atılır – sanki belə də olmalıdır və nəticə göz önündədir - antisanitariya, üfunət...
Qəsəbənin “Çaylıq” deyilən ərazisində hektarlarla pay torpağı birbaşa “işğala” məruz qalmış, yerində evlər inşa edilmiş, ətrafındakı meşə zolaqları - artıq hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətti” demək olar, yoxdur, orada 5-10 ağac qalıb ki, əgər belə davam edərsə, onlar da ömrünü “başkəsənlərə” bağışlayacaqdır. Buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyəti, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısı məhv edilib, vaxtı ilə salınmış və ərazidə ekoloyi tarazılıq yaradan bir neçə su hövzəsi dağıdılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional idarəsi də bütün bunlara göz yummaqla qanunsuzluqların davam etməsinə bilavasitə şərait yaradır. Bu işin icraçılarına nə “dur” deyən” var, nə də yerini göstərən, ona görə də bu gün Boradigah qəsəbəsində durum belədir – aidiyyəti qurumlar – qəsəbə icra nümayəndəliyi, yerli bələdiyyə, rayon icra hakimiyyəti sanki bütün bunları görməzdən gəlir. Görünür, ortalıqda olan hansısa “maraq” görən gözləri kor, eşidən qulaqları kar, danışan dilləri isə lal edir.
Bir neçə gün öncə ETSN-nin mətbuat xidmətinin rəhbəri xanım İradə İbrahimova məsələdən nazir cənab Muxtar Babayevin şəxsən məlumatlı olduğunu, bununla bağlı araşdırılma aparılaraq tədbir görüləcəyini bildirsə də, hələlik heç bir nəticə yoxdur. Mövcud vəziyyət belə davam edərsə, yerdə qalan bir neçə ağac da sabah olmayacaq.



Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) biganəliyi o həddə çatıb ki, artıq, pay torpaqlarının təyinatdankənar istifadəsi özünün pik həddinə yetişib. Bu günə qədər “Çaylıq” və digər ərazilərdə zəbt olunmuş torpaqlar ötən il ƏMDK-nın göndərdiyi “türk eckadriliyası” tərəfindən qanuni dona bürünərək daşdan ağır “sənədlə” qanuniləşdirildi. Məhz, bu “sənədə” əsasən də bir çoxları meşə zolaqlarını (xüsusən də Eldar şamlarını) öz həyətyanı sahələrinə daxil edə bildilər. Hələ ötən il səs yayılmışdı ki, bəs, “türklər” gəlib torpaq bölgüsünü yenidən və həm də düzgün aparacaq, zəbt olunmuş pay torpaqları aşkarlanaraq ortaya çıxarılacaq, oradakı qanunsuz tikililər söküləcək və s. Yuxarıda qeyd etdiyim kimi, “türklər” gəlməyinə gəldilər - həm “ölçdülər”, həm də “biçdilər”, sonra da “cərə və cəhənnəmə” deyibən də getdilər.
Real mənzərə isə göz önündədir. Hazırda, “Caylıq” ərazisindəki pay torpaqlarında qanunsuz olaraq (hər birinin bir neçə sot ərazisi olmaqla) 38 ev tikilməkdədir, bir çoxunun tikintisi isə artıq başa çatıb. Zəbt olunmuş pay torpaqlarında bu vaxta qədər tikilən və “türklərin” gəlişindən sonra “qanuniləşən” evləri də bura əlavə etsək, o zaman fərqli rəqəm alınar – həm də zox fərqli.



Təbii ki, pay torpaqları, meşə təsərrüfatı, su hövzələri dövlətə məxsusdur və qorunmalıdır. Təsəvvür edin, dövlətin əmlakı dağıdılır, aidiyyatı dövlət qurumlarının heç vecinə də deyil. Buna nə ad verəsən? Bir problemi nə qədər ictimailəşdirəsən ki, cavabdeh şəxslər özlərində azacıq da olsa təpər tapsınlar, məsuliyyət daşıdıqlarını hiss edə bilsinlər və bütün bunlara görə nə zamansa qanun qarşısında cavab verəcəklərinin fərqində olsunlar. Hərdən mənə elə gəlir ki, elə bil, belə dövlət qurumları əzəldən olmayıbmış. Uzun müddətdir ki, Masallıya heç icra başçısı da təyin olunmayıb, Rahil Hüseynov da icra başçısı deyil. Qəsəbənin icra nümayəndəsi və yerli bələdiyyə sədirndən danışmağına isə dəyməz, onlar əzəldən yox kimidirlər.
Dəfələrlə vurğuladığım kimi, bir daha qeyd edirəm ki, qəsəbənin pay torpaqları yenidən ölçülməli və ədalətli şəkildə bölgüsü aparılmalıdır. İnsanların inamını özünə qaytarmaq üçün bu, qaçılmaz zərurətdir.

Vasif Hüseynov


Xəbər 8337 dəfə oxunub.




04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +