Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar


29.08.2018  10:17 

Sosial mənzil nə qədər ucuzdur?





A+  A-

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışının başlanmasına bir həftə qalır. Qurumun açıqladığı elandan aydın olur ki, kompleksdəki 1, 2, 3, 4 və 5 saylı binalarda mənzillərin satışı 5 sentyabr 2018-ci il saat 11.00-da başlayacaq və 5 dekabr 2018-ci il saat 11.00-dək davam edəcək.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir. Yalnız “Güzəştli mənzil” elektron sistemində kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqlara malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzillər seçə biləcəklər.

Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub. Beləliklə, 1 otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ödəniş proseduru da açıqlanıb. Mənzil 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda 1 otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, 3 otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat olacaq. Mənzilə güzəştli ipoteka krediti vasitəsi ilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək. Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlı mənzillər üçün 26 min 932 manatdan, 2 otaqlı mənzillər üçün 42 min 554 manatdan, 3 otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır.

Xatırladaq ki, MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına 7 may 2018-ci ildə başlanılsa da, onu həyata keçirmək mümkün olmadı. Buna “Elektron hökumət” portalı və MİDA-nın “Güzəştli mənzil” sistemində yaranmış problemlər imkan vermədi. Agentlikdən verilən məlumata görə, ötən müddət ərzində yaranmış problemlər tam aradan qaldırılıb, onların təkrarlanmaması üçün bütün zəruri addımlar atılıb.

“MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimovun qəzetə bildirdiyinə görə, MİDA-nın ilk kompleksinin yerləşdiyi ərazidə - Yeni Yasamalda yeni tikilmiş binalarda mənzillərin orta satış qiyməti hər kvadratmetr üçün 1200-1300 AZN təşkil edir: “Qiymətlər binanın yerləşdiyi yerdən, keyfiyyətindən və bir çox digər göstəricilərə görə müəyyən qədər fərqlənir. Mənzil İnşaatı Dövlət Agentliyinin təklif etdiyi qiymətlər nisbətən aşağıdır. Binalar yüksək keyfiyyətlə tikilib, digər binalara baxanda standartlara cavab verir. Yəni bu qiymətləri güzəştli hesab etmək olar. Haradasa ərazi üzrə orta qiymətdən 20-25 faiz aşağıdır”.

Mütəxəssisin sözlərinə görə, Agentliyin inşa etdiyi binalarda qiymətin nisbətən aşağı olması bazara stabilləşdirici təsir göstərir.

Xəbər 1295 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +