Azərbaycanda “WhatsApp“ çökdü
MSK onun şikayətini təmin etmədi
Sabah hava necə olacaq?
Amerikalı alimdən uzunömürlülük sirri
Şimali Koreyada XİN başçısı dəyişdi
“Süleymani ölkəmiz haqqında pis danışırdı”
Yunanıstan sahillərində güclü zəlzələ olub
Makqreqor 40 saniyəyə qalib oldu
Bakıda qaçırılan avtomobil tapıldı
“Neftçi” Bordini istefaya göndərdi


21.08.2018  18:43 

Ermənilik nədir?





A+  A-

Niyə onlar başqa xristianlar içərisində yaşaya bilmədilər və məhz bizə sığındılar? Diqqətlə oxuyun! Davamı olacaq.
Əsərləri bizə qədim Suriya dilində gəlib çatan Efesli İohan (507 - 586) Erməni kilsəsi adlanan xristian təliminin yaranması və formalaşması barədə qiymətli məlumatlar verir (ИОАНН ЭФЕССКИЙ. ЦЕРКОВНАЯ ИСТОРИЯ). Özü də monofizit olan (Monofizitlər İsa peyğəmbəri allah elan edir və onun insani təbiətini qəbul etmirlər) müəllif, əsərində Armeniya adlanan coğrafi ərazidə yaşayan xristian əhalisinin iki, bəzən isə üç seçim qarşısında qaldıqları tarixi dövrdən bəhs edir. 451 ildə (IV Ümumdünya) Xalkidon kilsə toplantısında bu təlimə əksi olaraq, İsanın eyni zamanda insani və ilahi təbiətə malik olduğu qərara alındı. Bu təlimin tərəfdarları isə diofizitlər adlanır (Qeyd edək ki, dünya xristianlarının böyük əksəriyyəti bu nəzəriyyəni qəbul edir). Armeniya adlanan ərazidə formalaşdığından Erməni kilsəsi adlanan xristian cərəyanı Persiyanın təzyiqi ilə Xalkidondakı Ümumdünya toplantısına qoşulmadı və monofizit kimi xristian dünyası tərəfindən lənətləndi. Bu isə gələcəkdə Erməni kilsəsinə sitayiş edən fərqli etnosların qapalı icmaya, sonradan isə xalq və millətə çevrilməsinə şərait yaratdı. Günümüzdə yunan (qərbdən), İran (şərqdən) və hun-türklər (şimaldan) adlanan güclərin nəzarət etdiyi ərazilər arasında qalan savaş meydanındakı əhalinin maraqlı tarixinə müəllifin gözü ilə nəzər salaq: "Maqlar (Suriyalılar fars kahinlərini belə adlandırırdılar) Sasanılər dövlətinin imtiyazlı təbəqəsi kimi, Xosrov şahı (I Xosrov Ənuşiravan 501 - 579) ölkədə yaşayan xristianlara zorla atəşpərəstliyi qəbul etdirməyə inandırdılar. Dəlil kimi, Romey imperatorunun öz ölkəsində əhalininin başqa dinə sitayişini qadağan eetməsini göstərdilər. Şah, Armeniya adlandırılan coğrafi ərazinin Persiya tərkibində olan hissəsindəki xristian əhalini atəşpərəst etmək məqsədi ilə, ərazidə məbədlər tikilməsinə əmr verdi. 2000 silahlı atlı ılə Dvin şəhərinə gələn şahın nümayəndəsinə katalikos və yerli əyanlar yalvardılar ki, onları dinlərindən döndərməyə cəhd etməsin. Xatırlatdılarki, Şah Şapur bu təşəbbüsü 7 illik müharibəyə səbəb oldu və nəticədə şah fərman verdi ki, əhalini dinindən döndərməyəcək. (Bunu diqqətinizə çatdırım ki, ərazidə yaşayan əhalinin zorla atəşpərəst edilməsinin qarşısini alan, rumların, yəni Bizansın müttəfiqi olan, o dövr tarixi ədəbiyyatda hun adlandırılan türklər oldu. Məhz onların İran üzərinə müntəzəm yürüşləri, atəşpərəstlərin planlarını pozurdu - E.T). Fərmana da əhəmiyyət verməyən canişin şahdan əlavə qüvvə alaraq, xristianların topladığı ordu üzərinə getdi. Həlledici döyüşdə xristianlar qalib gəldi və öldürülmüş sasani canişininin başı hədiyyə olaraq Feodosiopolda yaşayan Rum patrikiyası Yustiniana göndərildi. Lakin Persiya ilə qarşıda duran çətinlikləri yaxşı anlayan Armeniya adlanan ərazinin bütün vilayətlərinin xristian əhalisi Rum ölkəsinə axın etdi. 6 il davam edən müharibə dövründə rumlar onları yaxşı qarşılayırdılar və məzhəb fərqinin tezliklə aradan qalxacağına inandılar. Lakin Xalkidon sonra yaranan məzhəb fərqi, erməni kilsəsi ilə ziddiyyəti yenidən alovlandırdı. Bircə yaşamaq mümkün olmadı. Aramsız müharibələr Xosrov Sahla Rum imperatoru arasında sülhlə başa çatdı. Xalkidon tərəfdari rumlar yenidən monofizitləri təqib etməyə başladılar. Kilsələrinin altarları dağıdılan monofizitlərdən (Suriya xristianları da bu qəbildən idi - E.T) olan müəllif, türk-avar tayfalarının Konstantinola hücumu və bütün Frakiya əyaləti boyu rum kilsələrinin qarət olunmasını, onlara qarşı edilən haqsızlıqlara allah qəzəbi kimi qeydə alıb".

Eldar Tağıyev

Xəbər 2762 dəfə oxunub.



19.01.2020  16:34 

MSK onun şikayətini təmin etmədi

19.01.2020  14:48 

Sabah hava necə olacaq?

19.01.2020  11:54 

Makqreqor 40 saniyəyə qalib oldu

18.01.2020  13:50 

Sabah yağış yağacaq

18.01.2020  11:09 

Bələdiyyə binasında yanğın

18.01.2020  10:45 

Süpürgəçini maşın vurdu

18.01.2020  10:21 

Atəşkəs yenə pozuldu

18.01.2020  10:08 

Xoruz adam öldürdü


BÜTÜN XƏBƏRLƏR +