Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.08.2018  09:04 

Polisin bu hərəkəti hər kəsi duyğulandırdı





A+  A-

Argentinada yenicə doğuş etmiş qadın polis Keleste Ayala dünya mediasının gündəminə çevrilib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, qadın polis xəstəxanada acından ağlayan 8 aylıq uşağı əmizdirərək hər kəsi duyğulandırıb. İşlərinin çoxluğu səbəbindən körpə ilə maraqlana bilməyən tibb işçilərindən icazə alan Keleste elə dəhlizdəcə uşağa süd verib.

Həmkarı tərəfindən şəkli çəkilən Ayala qısa müddətdə dünyanın hər yerindən tərif və təşəkkür dolu məktublar alıb. Ayalanın fotosunu sosial şəbəkədə paylaşan həmkarı “Heç tərəddüd etmədən anası kimi davrandın. Kirindən və pis qoxusundan narahat olmadın. Bu, hər gün rast gəlinən davranış deyil” yazıb.

Daha sonra məlum olub ki, uşaq səbəbi bilinməyən məhkəmə qərarıyla anasından alınıb. Daha sonra o, bibilərinə təhvil verilib.

Xəbər 3019 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +