AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.08.2018  16:08 

Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib – RƏSMİ





A+  A-

Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir.
Bu barədə XəzərNews.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Erməni KİV-lərində bu gün Azərbaycan Ordusunun guya diversiya hücumu etməsi haqda yayılan məlumatlara münasibət bildirən nazirlik bəyan edib ki, düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır.
"Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir"- nazirliyin məlumatında qeyd olunub.

Xəbər 1470 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +