200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.08.2018  09:41 

ABŞ İranla dialoqa başlamaq üçün şərtlərini açıqladı





A+  A-

"ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda dəyişikliklərə hazırlıq olduğunu nümayiş etdirəcəyi təqdirdə İran hakimiyyəti ilə dialoqa hazırdır".
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonun Tehrana qarşı siyasətinin əlaqələndirilməsi üzrə xüsusi qrupunun rəhbəri Brayan Huk deyib.

O qeyd edib ki, İslam Respublikası rəhbərliyi ABŞ-ı "öz davranışlarında əsaslı dəyişiklər edəcəyinə" inandırmalıdır və yalnız bundan sonra Tramp İranla yenidən dialoq aparmağa hazırdır.

Bundan əlavə, Huk iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün şərtləri açıqlayıb.

"Sanksiyaların zəiflədilməsi və ABŞ-la diplomatik və ticarət əlaqələrinin tam bərpası, həmçinin Birləşmiş Ştatlarla iqtisadi qarşılıqlı fəaliyyət yalnız biz İran rejiminin öz davranışlarında ciddi dəyişikliklərə kökləndiyini gödüyümüz zaman başlaya bilər", - deyə o əlavə edib.

Xəbər 1480 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +