AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.08.2018  16:42 

DİM Kamran Əsədovu məhkəməyə verəcək - 596 bal iddiasına görə





A+  A-

Xəbər verdiyimiz kimi, təhsil üzrə ekspert Kamran Əsədov feysbuk hesabında Əsgəri İbrahim Əli oğlu adlı abituriyentin qəbul imtahanında 596 bal yığmasına baxmayaraq universitetə qəbul ola bilmədiyini iddia edib.
XəzərNews.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bu barədə danışıb:

“Bu gün imtahan nəticələri ilə bağlı tədbir keçiriləcəkdi, amma fövqəladə hal baş verdi. Həmin halla bağlı açıqlama verəcəyik.

Hər bir abituriyent imtahan verəndən iki gün sonra onun bal arayışı hazır olur. Hətta onun cavab kartının qrafik təsviri də internetdə verilir. Sonuncu imtahan iyulun 26-da keçirilib və bu vaxta qədər hər hansı abituriyent nəticə pozuntuları ilə bağlı müraciət etməyib.

Əsgərli İbrahim yaz imtahanında 410 bal, yay imtahanında isə 451 bal toplayıb. Cavab kartları oxunan zaman bizim işçimizi xüsusi mühafizə işçiləri müşahidə edir. Kartlar qapalı arxivə vurulur, möhürlənir. O kartları bizim açmaq imkanımız yoxdur. Abituriyentin 596 bal toplaması saxtadır. Bu iddia qəbul olunmur”.

Məleykə Abbaszadə qeyd edib ki, DİM məhkəməyə müraciət edəcək:

“Biz xəbəri yayan ekspertdən təkzib etməsini istədik, lakin etmədi, ona görə də onu məhkəməyə verəcəyik. Bu məsələni nə biz, nə valideyn ictimailəşdirib. Valideynlərdən biri bizim əməkdaşlarla birlikdə xüsusi mühafizə orqanının əməkdaşı və bir media nümayəndəsi ilə möhürlənmiş yerdən kartları götürüb baxsınlar”.


Xəbər 1597 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +