“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.08.2018  12:19 

Xəstəxanalarda nöqsanlar aşkar edildi





A+  A-

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında bir sıra xəstəxanalarda nöqsanlar aşkar edib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən klinik xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə mütəmadi olaraq mövcud olan vakant ştat vahidlərinə görə yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq işçilərin iş günlərinin artıq göstərilməsi və əməkhaqlarının əsassız olaraq artırılması nəticəsində artıq hesablanmış vəsaitin nəzarət obyektində əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrindən azad edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına köçürülərək israf edildiyi, avtomobillərə aylıq yürüş həddindən artıq qət edilmiş məsafəyə görə yanacaq silindiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə çatışmazlığa yol verildiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən satın alındığı, bəzi hallarda özəl tibb müəssisələrinə verilən eritrasit kütlənin, təzə dondurulmuş plazmanın, trambosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyərinin həmin müəssisələrdən alınmadığı, müalicə olunan xəstələrin “xəstəlik tarixçələri”ndə həkimlərin müvafiq qeydləri olmadığı halda dərman preparatlarının uçotdan silindiyi, klinikaların müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədikləri halda həmin kabinet və şöbələrin işçilərinə zərərli iş şəraitinə görə vəzifə maaşının üçdə iki hissəsi qədər əlavə haqqın ödənildiyi müəyyən olunub.

Kliniki xəstəxanaların çoxunda müvafiq dövr üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə mövcud olan vakant ştat vahidlərinin sayı nəzərə alınmayıb və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsi vakant qalmış və bu hesaba əməkhaqqı fondunda istifadə edilmədən qalmış büdcə vəsaiti işçilərə əlavə haqq kimi bəzi hallarda əsaslı, bəzi hallarda isə əsassız olaraq ödənilib.

Səhiyyə Nazirliyinin mərkəzi rayon (şəhər) xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə malsatan təşkilatlara köçürülmüş xeyli məbləğdə vəsaitlərin müqabilində malların alınmasının rəsmiləşdirildiyi, lakin araşdırma zamanı həmin malların faktiki olaraq alınmadığı və alınmış kimi göstərilən malların saxta sənədlər tərtib etməklə uçotdan silindiyi, bayram günləri münasibətilə tədbirlərin keçirilməsi adı ilə fiziki şəxslərin hesablarına əsassız olaraq vəsait köçürüldüyü, müalicə edilən xəstələrə mövcüd normalardan artıq, habelə stasionar şöbələrdə müalicə olunan xəstələrin sayının şişirdilməsi hesabına əsassız olaraq ərzaq məhsullarının silindiyi, xəstəxanaların binaları təbii qazla isidildiyi halda əsassız olaraq həmin dövrdə isidilmə üçün xeyli məbləğdə dizel yanacağının da istifadə edilməsinin rəsmiləşdirildiyi, qüvvədə olan normalarda nəzərdə tutulduğundan artıq ştat vahidlərinin saxlanıldığı, təcili tibbi yardım maşınlarının yol vərəqələrində müxtəlif yaşayış məntəqələri arasında olan məsafələrin faktiki məsafədən çox göstərilməsi hesabına artıq yanacaq silindiyi, əməkhaqqının hesablanmasını tənzimləyən qaydaların tələblərinin pozulması hesabına xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, malların (iş və xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodlarından istifadə edilmədiyi, bəzi hallarda isə fəaliyyətlərini rəsmi olaraq dayandırmış təşkilatların tenderlərdə iştiraklarının rəsmiləşdirildiyi, müvafiq ixtisas təhsili olmayan şəxslərin işə qəbul edildiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar edilib.

Xəbər 1460 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +