Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü
Ukraynanın yeni baş naziri təsdiqləndi
Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib
Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu
Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə edib
Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi
Əliyev və Berdiməhəmmədov Şuşada - Foto
Kanalda batan çempionun meyiti tapıldı


10.08.2018  10:37 

Ermənilər cəbhəboyu təxribat törətdi





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər 2987 dəfə oxunub.




17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir


BÜTÜN XƏBƏRLƏR +