Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


06.08.2018  17:23 

Elnur Aslanov Ukraynada zavod aldı





A+  A-

Prezident Administrasiyasının eks şöbə müdiri, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Ukraynada şəkər zavodu alıb.
XəzərNews.az "AzPolitika.info”ya istinadən xəbər verir ki, bu zavod Aslanovun Ukraynadakı çoxşaxəli biznesinin yalnız bir həlqəsidir.

Elnur Aslanov iqtidarda təmsil olunduğu dövrdə yüksək iddialarına, gizli işlər çevirdiyinə görə siyasi hakimiyyətin qəzəbinə tuş gələrək, komandadan qovulan məmurlardandır.

Belə ki, 2007-ci ildə Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilən Elnur Aslanov bir müddət sonra öz komandasını yaratmağa başladı. O zaman "gülənçilər”, "nurçular” adlandırılan, Türkiyədəki çevriliş cəhdlərindən (2012-ci ildən başlayaraq-red.) sonra FETÖ terror təşkilatı kimi tanınan qrupdan maddi və siyasi dəstək aldığı iddia edilən Elnur Aslanov, bunun sayəsində "İrəli” Gənclər Hərəkatının və YAP-dakı gənclərin liderinə çevrilmişdi. Bəzi mənbələr tərəfindən FETÖ-nün "Azərbaycan imamı” adlandırılan Elnur Aslanov Gülən şəbəkəsinin Azərbaycanda hakimiyyəti ələ keçirmək planının tərkib hisəsi sayılırdı. Bu məqsədlə bir zamanlar FETÖ-nün bütün qüvvəsini səfərbər etdiyi, müxtəlif planlar, oyunlar qurduğu da sirr deyil.

Türkiyədə FETÖ-nün əsl məqsədi ortaya çıxdıqdan sonra isə təşkilatın Azərbaycandakı şəbəkəsinin də sıradan çıxarılmasına başlanıldı. Bu istiqamətdə atılan ilk addımlardan biri də məhz Aslanovun Prezident Administrasiyasındakı vəzifəsindən azad edilməsi oldu. O, Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunsa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsinə təyin olundu. Ancaq 2 il əvvəl E.Aslanov həmin vəzifəsindən də istefa verərək, Azərbaycanı tərk etdi.

Artıq 2 ildir ki, Elnur Aslanov Azərbaycandan kənarda yaşayır. Böyük maliyyə imkanları olan Aslanovun Ukraynada da FETO ilə əlaqələrini kəsmədiyi iddia edilir. Ötən il onun Ukraynanın Lvov şəhərində bir qrup azərbaycanlı və türkiyəli iş adamlarının toplantısını keçirdiyinə dair məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, toplantı iştirakçıları əsasən Türkiyədə və Azərbaycanda Gülən şəbəkəsiylə -FETO ilə əməkdaşlıqda ittiham olunan və bu səbəbdən mühacirət edən şəxslər olub.

Ən maraqlısı odur ki, Elnur Aslanovun tez-yez Ukraynadakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə də göründüyü bildirilir.

Xəbər 1309 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +