Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


31.07.2018  12:25 

Mehriban Əliyevaya ŞİKAYƏT: “5 ildir, bizi süründürdürürlər”





A+  A-

Yardımlı rayon sakini Muxtarov Qəhrəman Xanoğlan oğlu 5 ildən çoxdur ki, məhkəmə icraçıları ilə "Amal-D” adlı şirkət arasında qalıb.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, buna səbəb Q. Muxtarovun adına olan "Toyota Camry” markalı maşının şirkətə məxsus marşrut avtobusu tərəfindən vurulması və dəymiş ziyanın ödənilməməsidir. Belə ki, 2013-cü ildə Cabbarov Bayram Nəbi oğlunun idarə etdiyi avtobus "Motodrom” ərazisində "Toyota Camry” markalı maşını arxa hissədən vurub.



Avtobusun sığortası olmadığından, digər avtomobilin isə sığortasının birtərəfli olmasına görə iş məhkəməyə gedib. Sumqayıt Apellyasiya Məhkəməsi 7 aprel 2014-cü il tarixdə "Toyota Camry”yə dəyən 19 min 939 manat məbləğində ziyanın cavabdehlər Cabbarov Bayram Nəbi oğlundan və "Amal-D” MMC-dən müştərək qaydada tutularaq zərərçəkənə verilməsinə dair qərar çıxarıb. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Sumqayıt Şəhər İcra şöbəsinə göndərilib. Daha sonra işə şirkət də cəlb edilib və iş Yasamal Rayon Məhkəməsinə göndərilib. Qərar qüvvədə saxlanılıb.

Qarşı tərəf qərarla razı olmadığı üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb. Lakin aradan 5 il müddət keçməsinə baxmayaraq qətnamə hələ də icra edilməyib.



Zərərçəkən saytımıza açıqlamasında deyib ki, bununla bağlı bütün aidiyyəti orqanlara müraciət edib: "Fiziki şəxs məhkəmə tərəfindən cərimə edildikdə, onun mal-mülkünü də satıb borcunu ödətdirirlər. Amma bu özəl bir şirkətdir və 10-dan çox avtobusu var. Hazırda da fəaliyyət göstərir, lakin icraçılar bizə deyir ki, şirkət mal varlığını gizlədir. Qalmışam iş icraçıları ilə şirkətin arasında”.

Əlacsız qalan Q. Muxtarov hadisə ilə bağlı birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, birinci xanımdan ona dəymiş ziyanın ödənilməsi üçün aidiyyəti orqanlara tapşırıq verməsini xahiş edib. "Mənim və vəkilimin uzun müddətdən bəri İcra Baş İdarəsinə, Nərimanov, Yasamal Rayon İcra İdarələrinə və Sumqayıt Regional İdarələrinə yazdığımız ərizələrin heç bir nəticəsi olmayıb. Belə ki, yalnız Sumqayıt Regional İcra İdarəsi borclunu məcburi şəkildə Sumqayıt şəhər məhkəməsinə gətirib və borclu Cabbarov Bayram Nəbi oğlu barəsində heç bir inzibati tənbeh görülməyib. Nərimanov və Yasamal Rayon İcra İdarələrinə yazdığımız şikayət məktublarına isə cavab belə verməyiblər. Nəzərinizə çatdırmaq istəyirəm ki, "Amal-D” MMC şirkəti sərnişin daşınması ilə məşğul olur və kifayət qədər əmlaka və qazanca sahibdir. Şirkətin fəaliyyət göstərdiyi Nərimanov və Yasamal Rayon İcra İdarələri sadəcə olaraq heç bir icra tədbiri görmürlər”.



Xəbər 1161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +