Astarada ev yandı, ölən var
Son 10 ilin ən yaxşı filmləri açıqlandı
Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verdi
Sabahın havası açıqlandı
Bakıdamaşının banında qız meyiti tapıldı
“Qalatasaray” evdə qələbə qazandı
Aralıq dənizində ard-arda zəlzələlər oldu
ABŞ və İran girovları dəyişdi
Şahin Mustafayevə yeni vəzifə verildi
Daha iki partiya seçkilərə qatılır


27.07.2018  14:39 

Bu istirahət mərkəzləri cərimələndi - Nazirlik adlar açıqladı





A+  A-

Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir neçə istiqamətdə tədbirlər həyata keçirilir.
XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə 2018-2020-ci illəri əhatə edəcək birgə Tədbirlər Planı təsdiq edib, nazirliyin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb.

Yuxarıda qeyd olunan Planın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə keçirilən birgə reydlər zamanı “Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.

Bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı analoji faktlar aşkar olunub. Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur”, “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalanlandığı məlum olub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 12500 manat məbləğində cərimə ediliblər. “Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və icrası nəzarətə götürülüb.

Son 2 gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq “Meduza”, “Su pərisi”, “Panorama” və “Məşədi” istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.
Bu reydlər mütəmadi xarakter daşıyacaq və Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcək və keçirilən reydlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Xəzər dənizinin çirklənməsinin şahido olan vətəndaşlar nazirliyin 168 nömrəli “Qaynar xətt” xidmətinə 24 saat ərzində zəng edə bilərlər.

Xəbər 628 dəfə oxunub.




08.12.2019  19:02 

Astarada ev yandı, ölən var

08.12.2019  14:32 

Sabahın havası açıqlandı

08.12.2019  10:43 

Atəşkəs yenə pozuldu

07.12.2019  21:58 

ABŞ və İran girovları dəyişdi

06.12.2019  21:54 

Yevda Abramov vəfat etdi

06.12.2019  18:34 

Gələn həftə üçün məzənnə


BÜTÜN XƏBƏRLƏR +