AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


26.07.2018  12:57 

Rəhbər vəzifələrdə kimlər çalışa biləcək? - YENİ QƏRAR





A+  A-

Azərbaycanda rəhbər vəzifələrə işə qəbul üçün qoyulan tələblər dəyişdirilib, artıq yeni rəhbər vəzifələrə qəbul olmaq istəyənlərdən bundan daha əvvəl də rəhbər vəzifələr üzrə iş stajının olması tələb edilməyəcək.
XəzərNews.az xəbər verir ki, Nazirlər Kabinetinin "Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə dəyişikliklər edilib.

Bu dəyişikliyə əsasən, inzibati vəzifələrin birinci təsnifatına aid olan Aparat rəhbəri vəzifəsi üzrə işə qəbul üçün rəhbər vəzifələrdə ən azı 5 il işləmək ilə bağlı olan tələb götürülüb. Yeni tələbə görə, bundan sonra Aparat rəhbəri vəzifəsi üzrə işə qəbul üçün vəzifənin qulluq funksiyaları nəzərə alaraq, dövlət qulluğunda 8 il qulluq stajı və yaxud 11 il iş stajı tələb ediləcək.

İndiyədək mövcud olan tələbələr görə, bu işə qəbul zamanı qulluq funksiyalarını nəzərə alaraq, dövlət qulluğunda rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla, 8 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 7 ildən az olmamaqla 11 il iş stajının olması tələbi qoyulurdu.

İnzibati vəzifələrin ikinci təsnifatına aid olan Aparat rəhbərinin müavini üçün indiyədək olan iş stajına dair tələblərə görə, vəzifənin qulluq funksiyalarını nəzərə alaraq, dövlət qulluğunda rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 7 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 10 il iş stajının olması lazım idi. Yeni qərarla isə bu vəzifə üzrə də rəhbər vəzifələrdə işləmə ilə bağlı qoyulan tələb aradan qaldırılıb.
Yeni dəyişikliyə əsasən, bundan sonra Aparat rəhbərinin müavini vəzifəsində işləmək üçün vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 7 il qulluq stajı və yaxud 10 il iş stajı tələb ediləcək.

İnzibati vəzifələrin ikinci təsnifatına daxil olan Aparat rəhbəri vəzifəsinə işə qəbul üçün yeni qoyulan tələblərə görə, namizədin vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 7 il qulluq stajı və yaxud 10 il iş stajnın olması lazımdır.

İndiyədək mövcud olan şərtlərə görə isə bu vəzifəyə qəbul üçün vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 4 ildən az olmamaqla, 7 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 6 ildən az olmamaqla, 10 il iş stajının olması tələb edilirdi.

Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru vəzifəsinə işə qəbul üçün iş stajına dair yeni qoyulan tələblərə görə, vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 6 il qulluq stajı və yaxud 9 il iş stajının olması lazımdır. İndiyədək olan tələblərə görə isə bu vəzifələrə qəbul üçün vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 6 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 9 il iş stajının olması lazım idi.

Xəbər 1693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +