“Kartımdan 30 manat oğurlayıblar“ - “Kapital Bank“a fırıldaqçılıq ittihamı - VİDEO
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi


24.07.2018  16:39 

“Space”in adından istifadə edib yarım milyon pul “atdı”





A+  A-

"Space TV"-nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib.
XəzərNews.az Baku.ws-ə istinadən xəbər verir ki, axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar "Xəzər TV"-nin əməkdaşı kimi çalışıb, "Space TV"-də yayımlanan "İşimiz var", indi isə "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri olub. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə pul alıb, onlara işə düzəldəcəyi ilə bağlı söz verib, lakin sözünə əməl etməyib.

Xəbərə görə, V. Ağayev 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən isə "Space TV"yə işə düzəltmək adı ilə pul alıb. Zərərçəkənlər pullarını geri istədikdə isə "bu gün-sabah verərəm", -deyərək vaxtı uzadıb.

Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon da kreditə götürüb.

Hətta axtarışa verilən şəxsin bir zamanlar "Space TV"-də yayımlanan "20-lik realiti şou"-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satdığı da iddia olunur. Onun 19.07.2018-ci il tarixində ölkəni tərk etdiyi, Gürcüstana qaçdığı ehtimal edilir. Təxmini hesablamalara görə, telekanal əməkdaşı yarım milyondan çox pul mənimsəyib. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.

Məsələ ilə bağlı telekanalın əməkdaşı faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.

***

Məsələ ilə bağlı “Space”Müstəqil teleradio MMC rəsmi açıqlama yayıb. “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Əvvəlllər Space telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verlişlər istehsal etmiş, “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlayıb. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o Space telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr Space telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.




Xəbər 1445 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +