İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


23.07.2018  09:57 

“Heydər Əsədov maxinasiyaların idarəçisi idi” – Eks-nazirə ağır ittihamlar





A+  A-

Azərbaycanda keçirilən arıçılıq məhsullarının sərgi satış yarmarkalarında çox böyük maxinasiyalar gedirdi.
XəzərNews.az bildirir ki, bunu Kənd Təsərrüfatı nazirliyinin təşkil etdiyi press tur zamanı açıqlamasında Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

O deyib ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi: “Hələ Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun dövründən sərgilər başqa istiqamətlərə yönəlməyə başaldı. Hətta sərgilərin birində polislər məni bayıra çıxardılar. Çünki insanlara zir-zibil almağa imkan vermirdim. Bal yarmakasında çox böyük maxinasiyalar gedirdi. Bu il qismən qarşısı alınsa da, yenə də tam nail ola bilmədik”.



B.Həsrətov bu məsələlərlə bağlı eks-nazir Heydər Əsədovun qəbulunda olduğunu vurğulayıb: “Bu problemlərlə bağlı məni qəbul edirdi, fikirlərimi dinləyirdi, deyirdi “oldu, yaxşı”. Amma mən qapıdan çıxandan sonra komandasına “assosiasiyalara imkan verməyin” göstərişini verirdi. Hər yerdən yollarımızı kəsirdilər, qısqanclıq vardı. Subsidiya məsələsi niyə bu günədək gecikir? Biz təklif verdik ki, arı ailələrinin sayılma prosesində assosiasiya nümayəndəsi də iştirak etsin. Amma nazirlik buna razı olmadı, çünki biz olan yerdə maxinasiya edə bilmirdilər. Bugünədək mübarizədə olmuşuq. Amma inanıram ki, yeni nazir İnam müəllim bizə dəstək olacaq”.

Arıçılq təsərrüfatı barədə məlumat verən B.Həsrətov minə yaxın arı pətəyinin olduğu müəssisədə bir neçə şöbənin fəaliyyət göstərdiyini açıqlayıb: “Bunlar bal, arı südü, damazlıq ana arının yetişdirilməsi, arı pətəklərinin, çərçivələrin hazırlanması sexləri, təsərrüfat məqsədli anbar, istixana, bal verən arıların yetişdirilməsi və çoxaldılması, bal emalı və qablaşdırılması sexidir (avqust ayında fəaliyyətə başlayacaq). Təsərrüfatı 2011-ci ildən genişləndirməyə başlamışıq. “Bal evi”miz hələ tam gücü ilə işləmir. Turistləri qəbul edəndən sonra daha geniş fəaliyyət göstərəcəyik. Hazırda müəssisənin 14 adda məhsulu var. Bunlardan 4-ü qablaşmayan, 10-u isə qablaşan məhsullardır. Təsərrüfat ildə 20 ton bal istehsalı üçün nəzərdə tutulub, amma bu rəqəm ildən ilə dəyişə bilir. Ərəb ölkələri ilə razılaşmalarımız var. Bu il üçün bizə Dubaydan 50 ton bal sifariş edilib. Öz balımızla yanaşı, ətraf rayonlardan da bal alıb, qablaşdıraraq ixrac etməyi düşünürük. Əsas hədəfimiz xarici bazarlardır. Gələcəkdə burada apiterapiya (arılarla müalicə) mərkəzi də yaratmağı düşünürük”.

Xəbər 1085 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +