Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.07.2018  12:18 

Rusiyanın bu raketi hədəfi 800 kilometrdə məhv etdi





A+  A-

Rusiyanın fantastik silahları silsiləsindən “Kinjal” (Xəncər) hipersəs raketlərinin sınaqları uğurla davam edir.
XəzərNews.az CNBC kanalına istinadən xəbər verir ki, son sınaqların nəticələrinə görə bu raket hədəfi 800 km məsafədə uğurla vura bilib.

Kanalın bu silaha aid ABŞ kəşfiyyat materialları ilə tanış olan mənbələrə əsasən verdiyi məlumata görə, raket 2020-ci ildə istifadəyə tam hazır olacaq.

Son məlumatlara görə Rusiya bu vaxta qədər MİQ-31 qırıcılarının platformasında kompleksin 12 sınağını həyata keçirib. Bunlardan 3 sınaq uğurlu nəticələnib.

İndi isə “Kinjal” hipersəs raketlərinin strateji bombardımançı təyyarələrdə sınaqlarının həyata keçirilməsi planlaşdırılır.

Bunu Rusiya mətbuatı da təsdiqləyir. Belə ki, “TASS” agentliyinin məlumatına görə Rusiya bu kompleksin sınaqlarını TU-22M3 bombardmançı təyyarələrin platformasında həyata keçirməyi planlaşdırır.

Sürəti səsdən 10 dəfə çox olan və bu günə kimi mövcud olan bütün raketdən müdafiə sistemlərini məhv etməyə qadir bu kompleksə qarşı ABŞ-ın hazırda müdafiə vasitələri mövcud deyil.

Qeyd edək ki, 2018-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin Federal Şuraya hesabatı zamanı bu silahlar haqda məlumat verib. Həmin an bu silahların mövcudluğunu fantastik hekayələrlə eyniləşdirən qərb mətbuatı onları elə satirik olaraq fantastik adlandırmışdı. Daha sonra ABŞ-ın yüksək vəzifəli şəxslərinin də təsdiq etdiyi kimi Rusiya Çinlə birgə bu hipersəs raket komplekslərinin uğurlu sınaqlarını davam etdirir.

Xəbər 3127 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +