Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.07.2018  16:45 

Gəncə hadisəsi ilə bağlı 21 cinayət işi açıldı - Usubov hadisə yerində





A+  A-

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb.
XəzərNews.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, prosesin gedişi zamanı 3 şəxs həbs edilib və digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bundan başqa terrorçuluğa açıq çağırışlar edən və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Əldə etdiyimiz xəbərə görə, açılan cinayət işləri ilə bağlı prosesin aparılması üçün Baş prokurorun müavini Rüstəm Usubov Gəncə şəhərinə ezam edilib. Artıq bir həftədir Gəncədə olan R. Usubov istintaqa rəhbərlik edir və prosesin gedişi ilə bağlı mütəmadi olaraq ölkə rəhbərliyinə məlumat verir.

Xəbər 2835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +