Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.07.2018  13:52 

Polisə yalan məlumat verən şəxs tutuldu





A+  A-

Xətai rayonunda polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a bildirilib ki, Bakı şəhər sakini Yalçın Nəzərov iyulun 8-də Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinə müraciət edərək, həmin tarixdə parkda olan zaman 3 nəfər naməlum şəxsin ona yaxınlaşıb bıçaqla sol çiyninə xəsarət yetirdiklərini və 52 manat pulunu alaraq hadisə yerindən qaçdıqlarını bildirib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Y.Nəzərovun istintaqı yayındırmaq məqsədi ilə bilərəkdən polisə yalan məlumat verdiyi və ona qarşı heç bir qulduluq hadisəsinin törədilmədiyi müəyyən edilib. Araşdırma zamanı müəyyən edilib ki, Y.Nəzərova hadisə günü şəxsi münasibətlər zəminində tanışı olan qadın tərəfindən bıçaq xəsarəti yetirilib. Daha sonra o, cinayəti gizlətmək məqsədi ilə hadisənin obyektiv araşdırılmasının qarşısını almaq məqsədi ilə polisləri yayındırmaq isdəyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 2728 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +