Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


09.07.2018  12:26 

Masallıda talış icması ilə görüş keçirilib – Fotolar





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsi çərçivəsində Masallı rayonunda yaşayan talış icması ilə görüş keçirib.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, görüşdə çıxış edən “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, talışların qismən yaşadığı cənub rayonlarımızdan biri də Masallıdır: “Masallı Azərbaycanın ən zəngin və qədim tarixə malik olan rayonlarından biridir. Masallı rayonunda olan 100-ə qədər toponimin çoxu Azərbaycan və talış mənşəlidir. Bununla bərabər rayonun ərazisində ərəb, fars və rus mənşəli toponimlər də vardır. Talışlar Azərbaycan əlifbasından istifadə edirlər. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra talış dilində yenidən kitablar nəşr edilməyə başlandı. 1994-cü ildə N.X.Məmmədov və Ş.O.Ağayev tərəfindən talış dilində “Əlifba” və digər dərsliklər nəşr olundu. Talış tərkibli bir sıra orta məktəblərin 1-ci siniflərdə talış dili həftədə iki saat tədris edilir. 1992-ci ildə “Tolışo sədo” qəzeti, sonrakı illərdə bir sıra şeir kitabı, almanax nəşr edildi. Hazırda Azərbaycanda yaşayan azsaylı xalqların dillərindən biri kimi talış dili Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda tədqiq edilir, onun öyrənilməsi dövlət planına salınmışdır. Azərbaycan Respublikasında talışlar dövlət dili kimi Azərbaycan dilindən istifadə edirlər”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə Azərbaycanda nəyinki talışlara, bütün xalqlara bərabər imkanlar yaradıldığını vurğulayıb: “Onlar bizlərdən heç nə ilə fərqlənmirlər, həm dövlət, həm də sadə vətəndaşların Azərbaycanda yaşayan xalqlara münasibəti müsbətdir”. S.Verdizadə Azərbaycanda yaşayan xalqları bir xalçanın üzərindəki rəngli naxışlara bənzədib: “Bu naxışlar nə qədər çox olarsa xalça da bir o qədər gözəl olur. Azərbaycanda yaşayan xalqlar da nə qədər çox olarsa cəmiyyətimiz də bir o qədər rəngarəng olar”.

Tədbirdə çıxış edən Qızlavar kənd orta məktəbinin müəllimi Camal Ağayev bir sıra problemlərə diqqət çəkib: “Prezident İlham Əliyevin Azərbaycanda yaşayan xalqlara göstərdiyi qayğını yüksək qiymətləndiririk. Ümummilli lider Heydər Əliyevin bu sahədə də siyasəti uğurla davam edir. Lakin bəzi məmurlar bir sıra məsələlərdə problemlər yaradır. Məsələn, talış dilində dərs vəsaitləri yox dərəcəsindədir, talış dilində tədris azaldılıb, metodist yoxdur. Nəzərdə tutulan 2 saatlıq talış dilinin tədrisi 1 saata endirilib. Bundan başqa talış adlarının uşaqlara qoyulması qadağan edilib.”

Masallı rayon Qəriblər kənd orta məktəbinin müəllimi Şahlar Əliyev də dərs saatlarının məhdudlaşdırılmasına diqqəti çəkib. Ş.Əliyev qeyd edib ki, talış dilində dərs saatlarını Azərbaycan dilindən ayırıb verirdilər.

Qaldırılan məsələlərə münasibət bildirən N.Niftiyev bildirib ki, 2005-ci ildə Talış ziyalılarının Prezident İlham Əliyevdən talış dili dərsliklərinin təkrar çapını və indiyə qədər nəşr edilməyən dərs vəsaitinin hazırlanmasını xahiş etdilər: “Ölkə başçısına talış dilinin tədrisində mövcud olan problemlərlə bağlı açıq məktubla müraciət öz bəhrəsini verdi. Təhsil Nazirliyi prezidentin göstərişi ilə bir il ərzində I-IV siniflər üçün dərslikləri yenidən işləyərək, bəzilərini isə yenidən hazırlayaraq nəşr etdirdi. 2006-cı ildə Yəhya Kərimovun müəllifliyi ilə bütün xalqlar üçün ümumi olan "Dilimizi öyrənək”, Novruzəli Məmmədov və Şahrıza Ağayevin həmmüəlliflikləri ilə II sinif üçün "Tolışə zıvon”, Kərim Kərimov və Yədulla Ağazadənin həmmüəllifliyi ilə III sinif üçün "Tolışə zıvon”, Əbülfəz Rəcəbov və Əlirza Əliyevin həmmüəllifliyi ilə IV sinif üçün "Tolışə zıvon” adlı dərslik tam və komplekt halda nəfis şəkildə çap edilərək məktəblərə çatdırılıb. Talışlar üçün 250-yə yaxın məktəbdə dərslər keçirilir. Onların 1716 sinifdən ibarət 248 ibtidai sinifləri var”.

Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanılıb.




Xəbər 1132 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +