Düşmən bu gecə də cəbhədə dinc durmayıb
Metroda qapılar açılmadı
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə
Tofiq Yaqublu Müsavatın başqanlığına namizəd oldu
Müsavatın qurultayının vaxtı bilindi
Sabah Bakıda 29 dərəcə isti olacaq
AzTV-nin loqosunu dəyişdi
Rusiyada güclü yanğın - Ölənlər var
BNA-dan əhaliyə MÜRACİƏT
Ermənilər kəndlərimizi atəşə tutdu


06.07.2018  09:06 

Gömrüyün yeni rəhbəri qanunları necə tapdalayır? - Mənimsənilən milyonlar





A+  A-

Dövlət Gömrük Komitəsinin il boyü müsadirə etdiyi yüz minlərlə siqaret və spirtli içkilər hara qeyb olur?
Şəffaflıq gömrük orqanlarının fəaliyyətində əsas xətt olmalıdır, lakin...

Səfər Mehdiyevin gömrük orqanlarının başına gətirilməsi bu sahəylə maraqlanan şəxslər arasında çeşidli müzakirələrin başlanmasına səbəb oldu. Yeni sədr “islahat” dedikdə kadr yerdəyişməsini və vəzifədən azad olunmasını başa düşən digər məmurlar kimi, yeniliklərə Bakı şəhər Gömürk İdarəsinin rəisini dəyişməklə başladı. Sonra daha bir neçə gömrük strukturunda kadr dəyişikliyi həyata keçirildi. Lakin bu dəyişikliklər gömrük orqanlarından dad deyən sahibkarların işini yüngülləşdirmədi. Əksinə, vəziyyət daha da qəlizləşdi. Məsələn, guya “bir pəncərə” siyasətinə keçildiyi elan edilmişdi. Lakin sahibkarların mediaya verdiyi açıqlamalardan görürük ki, “bir pəncərə”nin yanında “gizli qapı” da qoyulub ki, qanundankənar ödəmələr bu qapıdan aparılır... (Bu barədə daha ətraflı növbəti yazımızda bəhs ediləcək).

XəzərNews.az milliyol.az-a istinadən bildirir ki, bundan başqa, Səfər Mehdiyevin təyinatından sonra onsuz da qeyri-şəffaf şəkildə fəaliyyət göstərən gömrük orqanları bir az da qaranlılğa çəkilib. Müşahidələrimizi bölüşək.

Tez-tez on minlərlə qutu siqaretun müsadirə olunduğu barədə xəbərlərə rast gəlirik, həmin “qənimətlər”in sonrakı “taleyi”nin necə olduğu heç kimə bəlli deyil. Gömrük hərraclarında satışa çıxarılırmı? Araşdırmamız zamanı bu barədə Komitənin saytında bircə dənə də olsun elana rast gəlmədik.

Müsadirə olunan siqaretlər məhv edilrimi? Edilirsə, harada, necə və kimin şahidliyi ilə? Bu prosesdə ictimai institut təmsilçilərindən kimsə şahid kimi iştirak edibmi? Yəni prosesin şəffaflığı təmin olunubmu? Əlbəttə, yox. O zaman il boyü müsadirə olunan yüz minlərlə siqaret hara qeyb olur. Bu siqaretlər alverçilərin od qiymtətinə satdığı, mənşəyi bilinməyən aksizsiz siqaretlər olmasın?.. Halbuki Bakıda aksizsiz siqaretlərin satılması ilə bağlı mətbuatda davamlı olaraq məlumatlar dərc olunur...

Spirtli içkilərlə də bağlı eyni vəziyyət hökm sürür. DGK-dən verilən məlumatlarda müsadirə olunmuş alkaqollu içkilərin sayı ilə qurumun veb-səhifəsindəki gömrük hərracında qeyd olunmuş spirtli içkilərin sayı arasında ciddi fərq var. Həm də bu gömrük hərraclarının hansı tarxidə verilməsi barədə bir dənə olsun qeyd yoxdur. Niyə?

Biz araşdırmalarımız zamanı Gömrük Komitəsinin saytında gömrük hərracları barədə iki elan rast gəldik. Amma həmin hərracların heç birinin keçirilmə tarixi bəlli deyil. Hərracda iştiak etmək istəyən subyekt hara, nə vaxt və hansı şəkildə müraciət edəcəyini bilinmir. Halbuki vətəndaşı məlumatlandırmaq və maarifləndirmək və hərracların vaxtı qaydası ilə bağlı məlumat vermək qurumun borcudur.

Bundan başqa, Aydın Məmmədovdan sonra Dövlət Gömrük Komitəsində satınalmalarla bağlı sahələrdə də şübhəli məqamlar ortaya çıxıb. Əvvəla, Səfər müəllimin təyinatından sonra bir dəfə də olsun kotirovka elanı verilməyib. Halbuki növbəti yarım il üçün Komitənin ehtiyaclarının ödənməsi üçün bir neçə kotirovkanın keçirilməsi vacib idi. Buna baxmayaraq hələ ki, bu vacibat yeni rəhbərliyin yadına düşmür.

DGK-nın rəsmi veb səhifəsindəki son vaxtlar verilmiş kotirovka elanlarına diqqət etdikdə müraciətlərin son tarixi göstərilmir. Görəsən niyə? Komitə bununla hansı əməliyyatlara əlyeri qoymaq istəyir?..

Qarşı tərəfin mğvqeyini dərc etməyə hazırıq.

Xəbər 943 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.09.2019  10:21 

Bakının iki rayonu qazsız qaldı

17.09.2019  09:57 

Çempionlar Liqası başlayır

17.09.2019  09:43 

Metroda qapılar açılmadı

17.09.2019  08:46 

Neft kəskin bahalaşdı

16.09.2019  17:20 

Sabahın məzənnəsi necə olacaq?

16.09.2019  13:27 

AzTV-nin loqosunu dəyişdi

16.09.2019  11:05 

BNA-dan əhaliyə MÜRACİƏT


BÜTÜN XƏBƏRLƏR +