Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


05.07.2018  16:19 

UABD-nin sədr müavini: “Biz hər zaman dövlətimizin yanında olmuşuq”





A+  A-

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni loqosu, himni və saytını çox bəyəndim. Hiss olunur ki, yeni rəhbərlik hər üç işə xüsusi həssaslıqla yanaşıb.”
Bu barədə açıqlamanı XəzərNews.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin 16 illik yubileyi və qurumun yeni loqosu, himni və saytının təqdimatında iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov verib.

M.Cəfərov bildirib ki, dünyada yaşayan azərbaycanlıların koordinasiyasında Dövlət Komitəsinin rolu böyükdür: “Biz Ukraynada fəaliyyət göstərən ən böyük diaspor təşkilatı olaraq hər zaman dövlətimizin yanında olmuş, Cənab Prezidentin çağırışlarına hamıdan əvvəl səs vermişik. Bundan sonra da fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ofisi, texniki imkanları, qəzetləri, saytları, internet TV-si, üzvləri ilə yeni sədr Fuad Muradova hədəflərinə çatmasında dəstək verməyə hazırdır. Dövlətimiz və onun diaspor siyasətini həyata keçirən Komitə bizim təşkilata güvənə bilər.”

Xəbər 1541 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +