Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


02.07.2018  15:38 

İki deputat arasında mülk üstündə SAVAŞ BAŞLADI – ŞOK FAKTLAR





A+  A-

Nəsimi rayon sakini Yusif Məhəməliyev Azərbaycan Republikası Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb.
XəzərNews.az bildirir ki, Demokrat.Az-a daxil olan müraciətdə Yusif Məhəməliyev Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdan və "Azəri Tikinti Şirkəti” MMC-nin qanunsuz əməllərindən şikayət edib.
Şikayətçi Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun və "Azəri Tikinti Şirkəti” MMC-nin əməllərinin qanunsuz olduğunu sübut edən sənədləri də redaksiyamıza göndərib.

Ölkə başçısına açıq mətnlə ünvanlanan müraciəti oxuculara təqdim edirik:

"Bakı şəhərində pilot layihəlır əsasında yenidənqurma işlərinin həyata keçirilməsi, memari üslub baxımından gözoxşayan yeni binaların inşa edilməsi bu yöndə aparılan islahatların bariz nümunəsidir. Lakin təəssüf ki, xoşməramlı işlərin aparılması zamanı qanunun tələblərinə əməl edilməsinə dair verdiyiniz tövsiyələr bəzi şirkət rəhbərləri tərəfindən nəzərə alınmayaraq, onlar tərəfindən mülki hüquqların pozulması ilə müşaiyət olunan hallara yol verilir.



Diqqətinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus qeyri-yaşayış sahəsi mövcuddur. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınmışdır.
Qeyd etdiyim qeyri-yaşayış sahəsindən mən mülkiyyətçi olduğum dövr ərzində üçüncü şəxslərə münasibətdə heç bir maneə olmadan istifadə etmişəm. Qeyri-yaşayış sahəsinə dair hər hansı mübahisə və çəkişmələr olmamış, qonşuluq hüquqları pozulmamışdır. Lakin bir müddət öncə mənə xəbər verildi ki, mənə məxsus əmlak sökülür”.

Y. Məhəməliyev onu da qeyd edib ki, dərhal həmin ünvana getdikdə tanımadığım şəxslər, fəhlələr tərəfindən binanın söküntüsünün həyata keçirilməsini aşkar edib:

"Mülkiyyətçi olduğumu bildirsəm də, onlar buna əhəmiyyət verməyərək və qanuna zidd hərəkətlərinə son qoymayaraq söküntü işlərini davam etdirdilər. Araşdırma apardıqda söküntü işlərinin "Azəri Tikinti Şirkəti” MMC tərəfindən aparıldığını müəyyən etdim. Şirkət nümyəndələrindən hüquqa zidd hərəkətlərə son qoyulmasını tələb etdikdə mənə bildirdilər ki, söküntü işləri müvafiq sərəncam əsasında, yəni Nəsimi rayon İH başçısı Asif Əsgərovun imzaladığı 37 saylı, 02 fevral 2018-ci il tarixli Sərəncamı əsasında aparılır. Halbuki həmin Sərəncamda söküntü işlərinin mülkiyyətçilər ilə razılaşmadan sonra aparılmasına dair müddəa vardır. Xüsusi mülkiyyət hüququ əsasıyla, qanuni əsaslarla mənə məxsus qeyri-yaşayış sahəsinin, əmlakımın içindəki əşyalarla birlikdə dağıdılması qanunla qorunan mülkiyyət hüququmun pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Faktiki olaraq hazırda mənə məxsus əmlakın qanunsuz olaraq dağıdılması məni mülkiyyət hüququndan məhrumetməyə yönələn bir hərəkətdir”.



Şikayətçi vurğulayır ki, mülkiyyətçi olaraq heç bir şəxsə mənə dair əmlak barədə hər hansı bir hərəkətin edilməsinə razılıq verməmiş və əmlaka münasibətdə mülkiyyət hüquqularımdan imtina etməyib:

"Əmlakımın dağıdılması mülkiyyətimə qəsddir. Bundan əlavə, mənə məxsus qeyri-yaşayış binasının mülkiyyət hüquqlarım pozulmaqla sökülməsi nəticəsində, eləcə də həmin sahənin altında yerləşən xüsusi mülkiyyət hüququ əsasında mənə məxsus torpaq sahəsinə buraxılmaması nəticəsində mənə külli miqdarda zərər vurulmuşdur. Həmin şirkətə dəfələrlə etdiyim müraciətlər cavabsız qalmiş, pozulmuş hüquqlarımın bərpası üçün heç bir hərəkət edilməmişdir. Möhtərəm cənab Prezident! Mən abadlıq işlərinin aparılması, bu məqsədlə pilot layihələrin gerçəkləşdirilməsinin daim tərəfdarı olmuşam. Vətəndaş olaraq şəhərimizin daha da gözəlləşməsi, abadlaşdırılmasını hər zaman arzulamış, öz kiçik əməyimlə olsa da bu işə yardımçı olmaqdan imtina etməmişəm. Lakin belə bir layihənin gerçəkləşdirilməsi həmin ərazidə olan mülkiyyət sahibləri ilə müvafiq razılaşmadan sonra həyata keçirilməlidir. Mənimlə hər hansı bir razılaşma olmamış, əmlakım məhv edilmiş, mənə külli miqdarda ziyan vurulmuşdur. Onu da qeyd edim ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə etdiyim müraciət əsasında Nəsimi rayon İH Başçısı Asif Əsgərova göndərilmiş müraciətdə həmin mülkiyyətin mənə məxsus olması və pilot layihə çərçivəsində aparılan tikintinin dayandırılması tövsiyə olunub. Dövlət Komitəsi yaranmış mübahisənin məhkəmə predmeti olduğunu və hökm çıxarılanadək bu ərazidə heç bir işin aparılmamasını diqqətə çatıdırıb. Yuxarıdakıları diqqətinizə çatdırmaqla, mülkiyyət hüququmun bərpa edilməsi, bu işdə məsuliyyəti olan şəxslərin qanuna uyğun surətdə cəzalandırılmasına dair göstəriş vermənizi Sizdən xahiş edirəm”.



Zərərçəkmişin vəkili Faiq Həbibov bildirib ki, "Azəri Tikinti Şirkəti” MMC Milli Məclisin deputatı Əsabil Qasımovun qardaşına məxsusdur.

Onun sözlərinə görə, Nəsimi Rayon İcra Hakimiyyəti məhkəmə qərarı olmadan qanunsuz olaraq "Azəri Tikinti Şirkəti” MMC-yə binanın sökülməsinə icazə verib:

“Hazırda iş məhkəmə icraatındadır. Bizdə sənədlər var, məhkəməyə təqdim etmişik. Həmin sənədlərdə deputat Əsabil Qasımov və yaxınlarının adı keçir”.

Vəkil qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərində XIX əsrin sonu, XX əsrin birinci yarısında tikilmiş və qəzalı vəziyyətdə olan evlərin və obyektlərin sökülərək yerində müasir binaların tikilməsi ilə bağlı pilot layihələrinin həyata keçirilməsi işi rayon icra Hakimiyyətlərinin üzərində qoyulub:

“Bununla bağlı Nazirlər Kabinetinin 2016-cı il tarixli müvafiq qərarı var. Qərarın 2.1 bəndində qeyd olunur ki, vətəndaşın mülkiyyətində olan torpaq sahələri pilot layihələr icra olunan ərazilərə düşürsə, o zaman bu vətəndaşla razılaşdırılır və öncədən kompensasiya ödənilir.

Eyni zamanda torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq torpaq sahəsi bir dəfə yüklü edilə bilər. Yəni, əgər torpaq sahəsi Yusif Məhəməliyevin mülkiyyətindədirsə, İcra Hakimiyyəti həmin torpaqla bağlı sərəncam vermək hüququna malik deyil. Nəsimi rayon İcra Hakimiyyəti qanunsuz olaraq vətəndaşın mülkiyyətində olan torpaq sahəsini tikinti şirkətinə icarəyə verib. Bu kobud qanun pozuntusur. Yalnız mülkiyyətçi öz torpağını icarəyə verə bilər. İcra Hakimiyyətinin belə bir səlahiyyəti yoxdur”.

F.Həbibov deyib ki, sözügedən qanunpozuntusu ilə əlaqədar Torpaqların Dövlət İdarəetməsinin Təşkili Üzrə Dövlət Agentliyi də Nəsimi rayon İcra Hakimiyyətinə rəsmi məktub göndərib:
“Həmin məktubda qeyd olunur ki, sözügedən mülkiyyətin tikinti şirkətinə icarəyə verilməsi sərəncamı ləğv olunmalıdır”.



Vəkil sözügedən hallarla əlaqədar Nəsimi rayon İcra Hakimiyyətini məhkəməyə verdiklərini söyləyib.

Sözügedən ərazinin “JEK” müdiri Vidadi Həsənov sökülən tikilidən xəbərsiz olduğunu deyib:

“Məndə onlar barəsində heç bir sənəd və ya məlumat yoxdur. Onların mənimlə heç bir müqaviləsi də olmayıb. Xahiş edirəm ki, bu məsələ barəsində məndən heç bir söz soruşmayın. Bununla bağlı rəsmi orqanlar var. Onlara müraciət edə bilərsiniz”.

Sözügedən məsələ ilə əlaqədar Əsabil Qasımovun mobil telefon nömrəsinə zəng etsək də, zəngimizə cavab verməyib.



Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Qurban İsmayılov isə açıqlamasında sözügedən məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib:

“Bu məsələnin mənə nə aidiyyəti var? Sizin telefonla mənə müraciət etməyiniz düzgün deyil. Rəsmi şəkildə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edin. Digər tərəfdən isə sözügedən ittihamlar doğru deyil. Biz bütün addımları qanun çərçivəsində atırıq. İcra Hakimiyyətinin elə səlahiyyəti yoxdur ki, gedib haranısa söküb dağıtsın. İcra hakimiyyəti qərar verir. İndi burada hansı qanunsuz hərəkət ola bilər? Yaxşı olar ki, sözügedən məsələ ilə bağlı həmin şirkətlə əlaqə saxlayasınız”.



Qeyd edək ki, Yusif Məhəməliyev Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı (2006-2015-ci illərdə) Nəsib Məhəməliyevin qardaşıdır. Buradan da aydın olur ki, Milli Məclisin iki deputatı arasında açıq qarşıdurma gedir.

Xəbər 2997 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +