Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video
Mingəçevirdə ağır yol qəzası baş verib
Yaşayış binasında yanğın söndürüldü
COVID-19-dan insanların beyni niyə “dumanlanır”?
Masajçı, yoxsa kosmetoloq? – FOTO
Hansı yaşdan sonra silah əldə edə bilərsiz?
Rusiya Paşinyanı bağışlayacaqmı?
Sabahın HAVAsı... - 22 dərəcə isti olacaq
Türk həkim azərbaycanlıları təhqir etdi - SƏS YAZISI


28.06.2018  10:38 

MTK rəhbərindən jurnalistə rüşvət təklifi: “Camaatın dərdi sənə qalıb?” – VİDEO





A+  A-

“Space” Tv-nin “Olar? Olmaz!” verilişində maraqlı hadisə baş verib.
XəzərNews.az xəbər verir ki, Amil Xəlil insanların şikayəti əsasında MTK rəhbərlərindən biri ilə görüşüb. Aparıcının xahişi və təkidi ilə rəhbər, şikayətçi sakinlərlə görüşə gəlməyə razı olub. Sakinlərlə görüşən MTK rəhbəri ilə şikayətçilər arasında ciddi münaqişə yaranıb.

Söz-söhbəti dinləyən rəhbər şəxs hadisə yerindən uzaqlaşıb. Daha sonra görüntülərdən də göründüyü kimi, aparıcı MTK-nın rəhbərlərindən biri olan Mehman adlı şəxslə görüşür. Bu zaman MTK rəhbəri teleaparıcıya rüşvət təklif edir. Aparıcı “Mən belə şeylərə getmirəm, qardaş” deyərək məkanı tərk edir.

Xatırladaq ki, bu verilişdə tez-tez sahibkarların rüşvət təklifinin əyani görüntüləri tamaşaçılara təqdim edilir. Verilişin sonunda bu görüntüləri şərh edən aparıcı rüşvət təklif edilən digər görüntüləri də yayımlayıb.

Qeyd edək ki, “Olar? Olmaz!” verilişi həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır.


Xəbər 2031 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?


BÜTÜN XƏBƏRLƏR +