Sabaha olan hava PROQNOZU
Gəncədə 17 yaşlı qız itkin düşdü
Yanukoviç yıxılaraq travma alıb
Xəzərdə zəlzələ olub
Çaylarda sululuq artıb
Cəmil Həsənli sərbəst buraxıldı
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
Suriyada daha 40 dinc sakin həlak oldu
Bakının bu rayonu susuz qalacaq
İlham Əliyev Belarusa səfər edəcək


21.06.2018  15:29 

Bakıda 17 yaşlı qızdan oğlanlara qarşı ağlasığmaz hərəkət





A+  A-

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın barəsində olan hökmdən prokurorun protesti və müdafiə tərəfinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərarda göstərilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinnin hökmü ilə İsmayıl Meybullayev 10 il 6 ay, Rəhim Rəhimov 10 il 6 ay, Elnur Balakişiyev 10 il 3 ay, Rakif Xəlilov 14 il, Asiman Məmmədov 10 il 6 ay müddətimə azadlıqdan məhrum edilib.

Yetkinlik yaşına çatmayan Arifə Musayeva şərti cəza alıb.

Prokuror şərti cəza alan Arifə Musayevanın barəsində həbs qərarı çıxarılmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim heyətinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməmiş saxlanıb.

İttihama görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

İstintaq dövründə Arifə Musayeva barəsində polis nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə sosial şəbəkələrdə, o cümlədən Feysbukda intim xidmət barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Bahalı içki adı ilə təqdim edilənlər adi meyvə suyu olub.

Sonradan qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

Digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü", "Leyla" adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb.

Xəbər 413 dəfə oxunub.



18.11.2018  14:01 

Sabaha olan hava PROQNOZU

18.11.2018  11:31 

Yanukoviç yıxılaraq travma alıb

18.11.2018  11:08 

Xəzərdə zəlzələ olub

18.11.2018  10:46 

Çaylarda sululuq artıb

17.11.2018  13:58 

Bakının bu rayonu susuz qalacaq

16.11.2018  16:29 

Siqaret zavodu istifadəyə verildi


BÜTÜN XƏBƏRLƏR +