Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


18.06.2018  18:26 

Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu





A+  A-

İyunun 17-də, gecə güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı və Ağsu rayonlarında təsərrüfat sahələrinə ciddi ziyan vurub.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, qasırğaya oxşar şiddətli külək rayonun Çəmənli, Qalınçaq, Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin, sosial obyektin, tövlənin və yardımçı tikilinin dam örtüyünü dağıdıb. Leysan nəticəsində 20-dan çox evi su ilə dolub, insanların mebel və məişət əşyaları, yataq dəstləri su altında qalıb.

Rayonun Cülyan kənd sakini Anar Feyzullayevə məxsus minik avtomobilinin üzərinə ağac aşıb. Yağışdan sonra əmələ gələn sel suları rayonun Tircan və Maçaxı kəndlərinin avtomobil yolunu dağıdıb, Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşib. Elektrik dirəkləri aşıb, naqillər qırılıb, İsmayıllının 66 kəndinə elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, su xətti qırılıb, 20 kəndə içməli suyun verilməsi dayanıb. Külək və leysan yağışı yetişən, lakin hələ biçilməyən taxılı tələf edib. Əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan dəyib.

Güclü külək və leysan Ağsu rayonunun Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə ciddi ziyan vurub. İlkin məlumata görə, külək 70-dən çox evin dam örtüyünü dağıdıb. Güclü külək meyvə ağaclarına və taxıl sahələrinə ziyan vurub. Ondan çox irigövdəli ağac aşıb. Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisinin nəqli kəsilib.

Hazırda İsmayıllı və Ağsuda rayon fövqəladə hallar komissiyalarının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakət zamanı evlərə, əkin sahələrinə və meyvə bağlarına dəyən ziyana görə ümumilikdə 500-dən çox insan, o cümlədən əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibi, kəndli fermer və bağban külli miqdarda maddi zərər görüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

Xəbər 857 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +