Netanyahu ABŞ səfərini yarımçıq qoydu
Cəbhədə 22 dəfə silah səsi eşidildi
Paşinyan Baxtadze ilə görüşüb
Sabah Bakıda yağış yağacaq
Messi millidən kənarlaşdırıldı
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
Bərdədə ər arvadını baltaladı
Cəbhədə atəşkəs yenə pozuldu
ABŞ-da atışma, ölən var
Ərdoğandan CHP-li namizədə sərt sözlər


13.06.2018  13:25 

Azərbaycanda “Sərhəd“ əməliyyatı - Dövlətə borcu olan 54 nəfər saxlanıldı





A+  A-

Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, iyunun 4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 42 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 11 nəfər tutulub, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 54 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 9 avtomat silahı, 1 pulemyot, 6 tapança, 69 tüfəng, 36 qumbara, 29 ədəd silah sandıqçası, 18 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 5700 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 19 fakt aşkar olunub, ümumi çəkisi 3 tondan çox 13600 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 15 müxtəlif cinayətin açılması da təmin edilib.

Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Xəbər 759 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2019  17:48 

Paşinyan Baxtadze ilə görüşüb

24.03.2019  14:53 

Sabah Bakıda yağış yağacaq

24.03.2019  14:26 

Messi millidən kənarlaşdırıldı

24.03.2019  12:27 

Bərdədə ər arvadını baltaladı

24.03.2019  11:49 

Cəbhədə atəşkəs yenə pozuldu

24.03.2019  11:17 

ABŞ-da atışma, ölən var

22.03.2019  15:37 

Yaponiyada iki təyyarə toqquşdu


BÜTÜN XƏBƏRLƏR +