200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.06.2018  10:34 

“Jurnalistlərə “gömrükçü” adı verilsin”





A+  A-

"Media ilə əməkdaşlıq qarşımıza qoyduğumuz əsas prioritetlərdəndir".
XəzərNews.az bildirir ki, bu sözləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlər üçün təşkil olunmuş "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" seminarında deyib.

Sədr bildirib ki, Komitənin əsas məqsədlərindən biri də jurnalistlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində məlumatların iş adamlarına, vətəndaşlara daha doğru formada çatdırılmasıdır: "Mən istərdim ki, bir qrup jurnalist birləşərək sırf bizim dediyimiz vaxtlarda yox, onlar istədiyi anda gömrük idarəsinin və dairələrinə səfərlər etsin. İşləri izləyib, özləri qiymət versinlər. Hətta onlara qısa bir müddətlik "gömrükçü" adı verilə bilər".

Daha sonra sədr qeyd edib ki, il ərzində 5 milyon 400 min insana xidmət edirik: "Bu rəqəm kifayət qədər böyükdür. Ancaq biz istəyirik ki, hər şey arzuolunan formada həyata keçirilsin".

Seminarda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistlərin gömrük məntəqələrində olmasını yüksək qiymətləndirərək İran və Gürcüstan sərhəd keçid məntəqələrinə səfərlərin təşkil olunması təklifini irəli sürüb.

Xəbər 1725 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +