Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


07.06.2018  15:27 

Azərbaycan üçün Azərbaycandan gedən soydaşımız





A+  A-

Vətən – tən olmaq, bir olmaq, yerində olmaq. İnsan yerində olanda böyük olur, Yurdunda olanda güclü. Bəzən insanı əmələ gəldiyi torpaqdan kənarda bitməyən çiçəyə də bənzətmək olur. Hansı ki, sevdiyi, kök salıb boy atdığı torpaqdan uzaq düşəndə saralıb-solur.
İnsan da elədir – Vətənindən uzaqlaşanda, hətta onun sərhədini keçdiyi anda belə sanki nə isə itirmiş kimi olur. Gedəcəyi yerdə keçirəcəyi günlərin tez bitməsini saf-çürük edir beyninin dərinliyində. Əlbəttə ki, söhbət əsl insanlardan, əsilli-nəcabətli, Vətən üçün vətəndaş olan insanlardan gedir. Allah bizi günü xoş keçən yerləri özünə Vətən bilənlərdən, Azərbaycanın varlığını belə unudanlardan qorusun!

Qürbətdə yaşamaq insanda güclü iradə tələb edir. “Qürbətdə yaşamaq yamandı qardaş”, “Qürbətdə Vətən nisgili çəkirik” deyənlər olub, var, olacaq da. Hərə bir yolla gedir ölkəsindən. Hərənin öz istəyi olur Vətəni tərk edərkən. Amma bəzən hədəflənib getdiyi yerdə insan özü ola bilmir, özününkü saya bilmir o yerləri - ya öz xarakterindən, ya da oraların qanunlarından dolayı.
O da bir vaxtlar Azərbaycandan getdi. Bəli getdi, amma tərk etmədi! Azərbaycan üçün getdi, Azərbaycanı tanıtmağa getdi! Bizi İsveçdə tanıtmaq üçün Azərbaycan sevdalı Emil getdi, Emil Mirzəyev...

Azərbaycanın Odundan Od götürüb İsveçdə “Odlar Yurdu” cəmiyyəti təsis etdi.


Əvvəlcə kiçik etnik icma formalaşdıran həmyerlimiz daha sonra bir neçə şəhəri birləşdirən təşkilat yaratdı. Bir il ərzində kifayət qədər çox insanı bura cəlb etdikdən sonra nəticədə İsveç Azərbaycanlıları Konqresi statusunu almağa nail oldu.

2004-cü ildən İsveçdə yaşayan və 2007-ci ildən bu ölkənin vətəndaşlığını qəbul edən Emil Mirzəyev 2010-cu ildə İsveç Azərbaycanlıları Konqresinin sədri vəzifəsinə seçildi. Konqresin əsas fəaliyyəti Azərbaycan maraqlarının daimi təbliğatı ilə məşğul olmaq, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırmaq üzərində qurulub. Fəaliyyətlərini genişləndirmək üçün İsveçdə yaşayan, doğulan və böyüyən gənc azərbaycanlıları bura cəlb etməyi əsas hesab edirlər.

Amma bəzən hansısa işləri həyata keçirmək elə də asan başa gəlmir. E.Mirzəyev müsahibələrinin birində deyir ki, azərbaycanlı gəncləri diaspor işinə cəlb etməkdə çətinliklərlə üzləşirlər: “Dəfələrlə əslən haralı olduğunu söyləməkdən çəkinən azərbaycanlı gənclərlə qarşılaşmışam. Azərbaycanın “Eurovision” müsabiqəsində qələbəsindən sonra gənclərin diaspor fəaliyyətinə marağı tədricən artmağa başlayıb. Azərbaycan diasporunun gələcəyi bir çox hallarda xaricdə yaşayan azərbaycanlı gənclərin aktiv rolundan çox asılıdır. Bunun üçün Avropada yaşayan azərbaycanlı gənclərin fəaliyyətini stimullaşdıran xüsusi proqram qəbul etmək lazımdır”.

E.Mirzəyevlə bağlı maraqlı xəbərlərdən biri də odur ki, 50 yaşını qeyd edən soydaşımız cari ilin sentyabrında İsveçdə keçiriləcək - Stokholm şəhər məclisinə seçkilərdə iştirak edəcək. Onun əsas məqsədi seçilmək və İsveçdə Azərbaycanın və azərbaycanlıların maraqlarına ən yüksək tribunalardan müdafiə etməkdir. Xatırladaq ki, E.Mirzəyev 2014-cü il parlament seçkilərində təmsil olunduğu Demokrat Partiyasının ehtiyat namizədləri siyahısında olub.

E.Mirzəyev uzun müddətdir İsveçdə yaşamasına baxmayaraq hər zaman doğma Azərbaycanda baş verən prosesləri maraqla izləyir. Soydaşımız çıxışlarında hər zaman bəyan edir ki, Avropada, xüsusilə də İsveçdəki Azərbaycan diasporu ölkəmizin uğurlarından məmnundur və dövlətimizin nailiyyətlərinin daha da inkişaf etdirmək üçün səy göstərir. Elə bu vətənsevərliyi və dolğun fəaliyyəti nəzərə alınaraq E.Mirzəyev 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən diasporun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

50 il bir əsrin yarısıdır. Yarım əsrin xatirələrini yaşadır Emil Mirzəyev - yarısı burda, yarısı orda olan ürəyində.

Deyirlər qürbətdə yaşayan qəriblərin yaşı iki qat hesablanır, əlbəttə ki, nisgilli qəriblərin. Emili tanıdıqca, onunla həmsöhbət olduqca bu insanın timsalında bunun bir daha şahidi olursan. Danışanda, düşünəndə üzündəki mimikadan, gözlərindəki dərin həsrətdən yaşının 50 deyil, sanki 100 olduğunu düşünürsən.

Deyir, “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı! Emil müəllim, sizin və elə bizim üçün də bu bayatının ikinci hissəsini düşünmək hələ tezdir.

Özünüz yaşayın, Azərbaycanın adını yaşadın, ən azı daha bir 50 il!







Adəm Abbaslı
Azadinform


Xəbər 1984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +