Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


01.06.2018  16:49 

Avropa Birliyi ABŞ-la “ticarət müharibəsi”nə HAZIRLAŞIR





A+  A-

ABŞ-ın Avropa İttifaqından idxal etdiyi polad və aliminiuma əlavə gömrük rüsumları tətbiq etməsi qlobal iqtisadiyyatda aparıcı rol oynayan müttəfiqlər arasında gərginlikləri artırmaqdadır.
XəzərNews.az xəbər verir ki, bu qərara Aİ-nın da daxil edilməsi vəziyyəti daha da qəlizləşdirir. Avropa İttifaqı bu qərara daxil edilməsi müqabilində qarşı tərəfə son dərəcədə sərt xəbərdarlıq edəcəyini bildirmişdi. Onlar gömrük vergilərindən azad olunmalarını tələb etsələr də, Donald Tramp fikrini dəyişməyib. Hazırda Aİ məsələni Dünya Ticarət Təşkilatında müzakirəyə çıxarmağa hazırlaşır.

Aİ-nın qərara qarşı hazırladığı 10 səhifəlik siyahıda ABŞ-a cavab olaraq 25% gömrük haqqı tətbiq etməyi planlaşdırdığı məhsullar yer alır. Siyahıda xüsusilə, ABŞ-da seçkilərin mübahisəli keçdiyi ştatların hədəf alındığını görmək olar. Aİ-nın hədəfə aldığı məhsullar daha çox Florida, Kentuski kimi əyalətlərdə məşhurdur. Aralarında qarğıdalı, düyü, fıstıq əzməsi, qaragilə,siqaret,portağal suyu və bunun kimi bir çox məhsul ilə hakimiyyətdə olan Respublikaçılara təzyiq etmək planlaşdırılır. Aİ bu yolla Respublikaçıların hakim olduqları bölgələr iqtisadi zərər görməsin deyə Trampı qərarından daşındırmağa çalışacaq.

ABŞ rəhbərliyi isə bunun əksinə, əgər Aİ belə addım atsa, onları Avropadan avtomobil idxalına da vergi tətbiq edəcəyi ilə hədələyir. Bütün bu hadisələr tərəflər arasında “ ticarət müharibələri”nin başlanacağına işarədir.

ABŞ-ın Avropa ölkələrinin avtomobil sənayesini hədəf almasından sonra Aİ-nin qarşı tərəfə geniş sanksiyalar tətbiq edəcəyi gözlənilir. Buna da ABŞ sərt qarşılıq verəcək. Çin və Rusiya ilə gərginn münasibətləri olan ABŞ-ın qarşısına Aİ-nı da alması, onu beynəlxalq ticarət və siyasətdə tək qalmağa məcbur edə bilər.

ABŞ-ın Şimali Amerika Azad Ticarət Müqaviləsini yeniləmək üçün müzakirələrini davam etdirdiyi Kanada və Meksika da həmin qərara daxil edilib. Qərar Kanada və Meksikanın sərt reaksiyasına tuş gəlib. Hər iki ölkə ABŞ-a eyni tərzdə oxşar qərarla cavab verməyə hazırlaşır. Belə ki, ABŞ-a ən çox polad ixrac edən ölkə olan Kanada,qarşı tərəfdən idxal olunan viski, portağal suyu, polad, aliminium kimi məhsullara 13 milyard dollar vergi tətbiq etməyi planlaşdırır.

Meksika isə ABŞ-ın kənd təsərrüfatı və sənaye məhsullarına təxminən 3 milyard dollarlıq “cavab tədbiri siyahısı” hazırlayır. Əlavə gömrük rüsumları tətbiq olunacaq məhsullar siyahısında donuz əti, alma, üzüm kimi məhsullarla yanaşı, polad və müxtəlif sənaye məhsulları da yer alıb.

Hər iki ölkə sözügedən tədbirləri ABŞ-ın qərarından dönəcəyi vaxta qədər davam edəcək.

Məlumatlara görə, ABŞ, keçən il 29 milyard dollarlıq polad və 18 milyard dollarlıq alüminium idxal edib. Polad idxalının təxminən 50%-ni Aİ, Kanada və Meksika, alüminiumun isə 40%-ni Kanada təmin edib.

Xəbər 991 dəfə oxunub.



29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +