Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


30.05.2018  13:07 

Sosial şəbəkə hesablarımızı necə qoruyaq? - SMM-dən TÖVSİYƏ





A+  A-

Bildiyimiz kimi, sosial şəbəkələrdən istifadə edənlərin sayı günü gündən artır. Təbii ki, istifadəçilərin sayı çoxaldıqca yaradılan hesabların sayı da artır. Amma bəzən bir şəxsin bir neçə səhifəyə sahiblik etdiyinin şahidi oluruq.
Bunun səbəbi kimi hesab şifrələrinin unudulmasını göstərirlər. Hesab sahibləri ilə yanaşı onların yaxınları da narazılıqlarını bildirirlər. Çünki bir şəxsin dostluq təkliflərini dəfələrlə qəbul etdiklərini deyirlər. Hətta deyərdik ki, bu psixoloji olaraq da insana təsir edir. Məsələ təkcə bundan ibarət deyil. Əfsuslar olsun ki, şəxsi hesabların oğurlanması halları ilə də rastlaşırıq. Bu kimi hallarla üzləşməmək üçün sosial media meneceri Samir Ağayevin fikirlərini öyrənməyə çalışdıq.



XəzərNews.az bildirir ki, Azadinform-un qonağı olan Cəlilabad rayonu Ocaqlı kənd sakini, 17 yaşlı Samir Ağayev sosial şəbəkə istifadəçilərinə bir neçə məsləhətlərini verib: “Hesab açarkən bir çox məsələlərə diqqət edilməlidir. Onlardan biri ikili doğrulamadır. Eyni zamanda gmail adresi ilə hesab açılsa daha etibarlı olar. Yaradılan şifrə güclülük təşkil etməlidir. Öz adlarından istifadə etməyi məsləhət görmürəm. Bu kimi hallar parol zəifliyinə gətirib çıxarır. Bu zaman bir qrup şəxslər tərəfindən istifadəçi hesabları əldə oluna bilir”.

Nəzərə çatdıraq ki, müsahibimiz fəaliyyət göstərdiyi zaman ərzində bir neçə nailiyyətlər əldə edib. Bizlə həmsöhbət olan gənc istedadlımız fəaliyyəti barədə qısaca məlumat verib. Onun sözlərinə görə artıq bir ildir ki, sosial media meneceri olaraq çalışır: “Fəaliyyətə ötən ildən başlamışam. Bir il ərzində əldə etdiyim uğurların sayı günü gündən artır. Uğurlarımın səbəbi kimi, özümlə yanaşı ailəmin, yaxınlarımın mənəvi dəstəyini də göstərə bilərəm. Bu sahəyə addım atdığımda həmkarım Şəhriyar Tağızadənin də rolu olub. Yaxınlarımla birlikdə o da mənə yaxından dəstək olub”.



S. Ağayev qeyd edib ki, ona saysız hesabsız iş təklifləri gəlir: “İstər öz ölkəmizdə istərsə də, qardaş ölkə Türkiyədə mənim fəaliyyətimi dəyərləndirib müraciət edənlər var. Müraciət edənlər sırasında məşhurlar üstünlük təşkil edirlər. Daha çox onlar sosial şəbəkədə olan hesablarının qorunmasına görə, həmçinin, oğurlanmış hesablarının geri qaytarılması ilə bağlı mənə müraciət edirlər. Mən də bacardığım qədər onların hesabların güvənliyini öz üzərimə götürürəm. Bu yaxınlarda daha bir uğurum oldu. Məşhur müğənni İbrahim Tatlısəsin həyat yoldaşı Ayşəgül Yıldızın hesabı oğurlanmışdı. Mənim göstərdiyim səylər nəticəsində o hesab öz sahibinə yenidən qaytarıldı. Bununla bağlı xəbərlər media orqanlarında da dərc olunmuşdu. Daha sonra Anar Atakişiyev tərəfindən bir video paylaşmışdı. Sözügedən video ermənilər tərəfindən də paylaşılmışdı. Həmin video mənim tərəfimdən ermənilərin hesabından silindi. Hər zaman olduğu kimi ermənilər öz xain əməllərindən əl çəkmirlər. Daha bir məşhur müğənni Elşad Əzizinin də hesabı ermənilər tərəfindən oğurlanmışdı. O da mənim tərəfimdən ermənilərdən alınıb”.



Sosial menecer əlavə edib ki, bu sektorda çalışmağı onun və ailəsi üçün qürurvericidir. “Mən fəaliyyətə başladığım andan heç bir kursa, hansısa mütəxəssis yanına getməmişəm. Yalnız öz həvəsim olub və bura qədər irəliləmişəm. Kompyuteri öz-özümə sual verə-verə öyrənmişəm. Təbii ki, yerimdə addımlamaq kimi fikrim də yoxdur. Gələcəyə dair bir çox planlarım var. Xatırladım ki, təsisçisi olduğum Alpha Messenger proqramı artıq hazırdır. Bu yaxınlarda istifadəçilərə təqdim ediləcək. Proqram haqqında məlumat verərkən bildirmək istəyərəm ki, sözügedən proqram bir növ “whatsapp” proqramını xatırladacaq. Bu proqram “İnstagram” sosial şəbəkəsi dizaynında hazırlanıb. İstifadəçilər “İnstagram”da olan bir çox xüsusiyyətlərlə rastlaşacaqlar. Hətta bu proqramla “İnstagram”da olduğu kimi canlı yayımdan da istifadə etmək olacaq. Qarşılıqlı kontaktda olan şəxslər rahat şəkildə bu proqramdan istifadə edəcəklər. Bu proqramın davamı olaraq oyun proqramları da hazırlayacağam. İntellektual oyun hazırlamaq planım da var. Bu proqram daha çox tələbə və şagirdlərin işlərinə yarayacaq. Təbii ki, bunlarla da kifayətlənməyəcəyəm. İstifadəçiləri sevindirməyə davam edəcəm”.



Müsahibimiz dediklərindən sonra belə bir qənaətə gəlinir ki, sosial şəbəkə istifadəçiləri diqqətli olmalıdırlar. Hesab açıb sosial şəbəkə istifadəçisi olmaq yetərli deyil. Bu şəbəkədə daimi olmaq, hesabınızın və ya oradakı şəxsi məlumatlarınızın başqası tərəfindən oğurlanmaması üçün Samir Ağayevin verdiyi tövsiyələrə diqqətlə yanaşmaq lazımdır.



Xəbər 1066 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +