Beyrutdakı partlayışı FTB araşdıracaq
Bu gün yoluxanların sayı azaldı
Muharrem İncə CHP-ni sərt tənqid etdi
Sabah yağış yağacaq
Baş Nazir tapşırıq verdi
Azərbaycanla Türkiyə arasında saziş qüvvəyə mindi
Koronavirus xəstəsi karantin postunda saxlanıldı
ABŞ Belarusa qarşı sanksiyalara hazırlaşır
DİM Apelyasiya Komissiyası yaratdı
“Lotu Quli”nin adamları həbs olundu


29.05.2018  11:48 

“Kaş ki, adamların yadına gerçək islam dini düşəydi”





A+  A-

“Biz azərbaycanlılar qədər öz işini müşkülə salan başqa xalqlar varmı görəsən? Adamın yaxını rəhmətə getmiş, bu da Ramazan ayına təsadüf etmiş, mərasim düzənləmiş və tərəddüddə qalmış: əcaba yemək versəm nə olar, verməsəm nə olar? Quranda deyir ki, "Allah sizə şah damarınızdan daha yaxındır", arxetipik azərbaycanlılar üçün isə Allah sanki mədə-bağırsaqdan kənarda təsəvvür edilmir.”
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb.

F. Mustafa qeyd edib ki, həmin şəxs heç dindar da deyil, sadəcə dünyasını dəyişən yaxını üçün mərasim düzənləyəndə İslam dini yadına düşüb: “Adam gördüyü işlərə görə nə cəmiyyəti düşünür, nə də qohum-əqrabasını, elə ki, ortaya yas düşdü, dərhal ağlına gələn bu cümlələr olur, “görəsən, adamlar nə düşünər?" Anlamır ki, adamlar onsuz da hər kəs barədə düşündüyünü düşünüb, bir yas mərasimi ilə, bir şıdırğı toy israfçılığı ilə nə isə dəyişməyəcək ki? Kaş ki, adamların yadına elə gerçək İslam dini düşəydi, özünü qətiyyən bu qədər vaxt və pul itkisinə, israfçılığa məruz qoymazdı.

Bu Ramazan ayında bir neçə məclisdə oldum, baxdım ki, masanın üzərində heç bir qab-qaşıq, yemək yox, gələnlər də sakitcə oturub adamın dərdinə həmrəy olub rahatca çıxıb gedirlər. Bundan gözəl, faydalı, rahat nə ola bilər ki?..

Heç yas üçün axşam iftar süfrəsi açmağın da bir mənası yoxdur. Kiminsə qarnını doyuzdurmaq istəyirsən, ayrıca qida paketləri düzəldib tanıdığın yoxsul insanların evinə göndər, o yeməyi daha rahat şəraitdə hazırlayıb yesinlər. Hərdən diplomlu, titullu adamlarla din mövzusunda söhbət edərkən adamın savadsızlığını ilk cümlədən anlamaq olur: "Biz qılınc müsəlmanıyıq, islamı bizə zorla qəbul etdiriblər!" Deyirsən, qağa, bircə sübut göstərə bilərsənmi ki, Azərbaycanda islam zorla qəbul olunub, adam başlayır heç mövzu ilə əlaqəsi olmayan ədəbiyyat vaaz etməyə.

"İslamın zorla qəbul edilməsi" tezisinin ümumiyyətlə, heç bir faktoloji və teoloji əsası yoxdur, xüsusilə də biz azərbaycanlılar üçün heç keçərli deyil. Çünki günlük yaşanan bu cür mərasimlərimiz, əsrlərdir dəyişməyən dini rituallarımız onu göstərir ki, biz haradansa öz istədiyimiz qaydaları götürüb adını da İslam dini qoymuşuq. Özümüz götürdüyümüzü anormallıqları bizə zorla necə qəbul etdirə bilərlər?

Şəraitə görə ağılla, məntiqlə davranmağı bacarsaydıq, bu gözəl əxlaq dinini də nadanlıq, xurafat, cəhalət mənbəyinə çevirməzdik. İndi söyləyin bu kimi mərasimləri inzibatı qaydada tənzimləməkdən başqa yol qalırmı? Cəmiyyət öz rahatlığı,faydası üçün olanı qəbul etmək istəmirsə, yaşamaq istəmirsə, göstərilən nümunələri qulaq ardına vurursa, başqa hansı çıxış yolu qalır?”.

Xəbər 1145 dəfə oxunub.




13.08.2020  17:49 

Bu gün yoluxanların sayı azaldı

13.08.2020  14:48 

Sabah yağış yağacaq

13.08.2020  14:29 

Baş Nazir tapşırıq verdi

13.08.2020  09:46 

Neft 45 dollardan satılır

13.08.2020  09:38 

Bakıda avtobus yandı

13.08.2020  09:16 

Yunanıstanda rekord göstərici

13.08.2020  09:02 

Somalinin paytaxtında TERROR


BÜTÜN XƏBƏRLƏR +