Daha 4 güləşçimizin rəqibləri müəyyənləşdi
Bakıda cibgir qadın saxlanıldı
Türkiyədə 6 PKK-lı polisə təslim oldu
İsmayıllıda kütləvi zəhərlənmə
Ağdaş sakinindən ov tüfəngi götürüldü
Sabah hava necə olacaq?
Putin Paşinyanla görüşdən imtina etdi
Hacı Əliyev nədən məhrum oldu?
Sosial şəbəkələrin forması dəyişiləcək
Davudoğlunun daha bir adamı AKP-dən getdi


25.05.2018  12:45 

Tələbə olmaq istəyənrə şad xəbər - Qəbul pulsuz ola bilər





A+  A-

İki aya yaxındır 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayıb. İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçirilib.
İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.

Məlumdur ki, qəbul imtahanların iştirak ödənişlidir. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 dəfə iştirak üçün 20, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanında 1 iştirak üçün 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün 40 manat müəyyən edilib.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.

İmtahanlarda iştirakın ödənişli olmasından narazı qalanlar qiymətlərin yüksək olduğunu bildirirlər. Xüsusilə maddi imkanı az olan abituriyentlər məhz ödənişə görə imtahanlarda iştirak edə bilmədiklərini söyləyirlər.

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki, qəbul imtahanlarının qiyməti nə qədər az olsa, bir o qədər yaxşı olar.

"Dövlət İmtahan Mərkəzi (DİM) sadəcə olaraq, qəbul imtahanlarının xərclərini açıqlamalıdır. Konkret olaraq ictimaiyyət bilməlidir ki, nəyə görə qəbul imtahanına görə bu qədər pul ödəməlidir. Tarif Şurası da bunun əsasında öz qərarını verməlidir. Məndə olan məlumata görə, qəbul imtahanlarının ödənişsiz olması ilə bağlı müzakirələr aparılır”.

Xəbər 858 dəfə oxunub.




19.09.2019  18:11 

Məzənnə açıqlandı

19.09.2019  16:01 

Bakıda cibgir qadın saxlanıldı

19.09.2019  14:37 

Sezen Aksu səhnəyə qayıtmayacaq

19.09.2019  14:05 

Sabah hava necə olacaq?

19.09.2019  12:46 

Hacı Əliyev nədən məhrum oldu?

19.09.2019  09:07 

Xəzər dənizində zəlzələ

18.09.2019  21:52 

Tramp İranla bağlı təlimat verdi


BÜTÜN XƏBƏRLƏR +