“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


22.05.2018  12:15 

Ağsuda kriminal-feodal idarəçilik - Seyidəliyev qardaşları sakinlərdən “haqq” tələb edir





A+  A-

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumları özlərinin doğma Ağsu rayonunda kriminal-feodal strukturu-sprut yaradıblar.
Yerli KİV-lərdə dərc olunan yazılarda belə deyilir və bildirilir ki, onlar rayonun praktiki olaraq bütün sakinlərinə “haqq” (“özəl vergi”) tətbiq ediblər.

Bildirilir ki, klanın başında Səlim Müslümovun dayısı, eyni zamanda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və onun qardaşı Mirfazil Seyidəliyev dururlar.

Seyidəyliyevlərin Ağsuda yaratdıqları feodal qaydaları haqda mətbuatda ilk dəfə deyil yazılır. Uzun müddətdir ki, Ağsuda icra başçısı Ənvər Seyidəliyevin rayonda “ailə hakimiyyəti” qurması və başçının qohumlarının rayonu soyub-talaması haqqında məlumatlar ölkə KİV-inin gündəmindən düşmür. Lakin...

XəzərNews.az Virtualaz.org-a istinadən bildirir ki, rayonda əksəriyyət Ənvər Seyidəliyevin “toxunulmazlığını” başçının Səlim Müslümovun dayısı olması ilə əlaqələndirir. Çünki hakimiyyət dairələrində müəyyən nüfuz sahibi olan Səlim Müslümov öz geniş əlaqələrindən istifadə edərək dayısının özbaşınalıqlarını müdafiə edib.

Mirfazil Seyidəliyevə gəlincə, onu Ağsuda uşaqdan-böyüyə hamı tanıyır. Çünki qapı-qapı düşüb bacısı oğlu Səlim Müslümovun və icra başçısı olan qardaşının adından əhalidən “haqqı” məhz o toplayır.



Qeyd olunur ki, özünü “ağır seyid” kimi təqdim edən Mirfazil Seyidəliyev Ağsuda, demək olar, hər kəsə “aylıq vergi” təyin edib. Məsələn, xırda dükanlar M. Seyidəliyevə hər ay 100 manat verməlidir. Sahəsi 20 kvadratmetrdən artıq olan dükanlar 200, 50 kvadratmetrdən artıq olan dükanlar isə 300 manat... Verginin miqyası həm kvadratmetrə, həm də dövriyyəyə görə artır. Bu siyahıya Ağsuda fəaliyyət göstərən bütün iaşə obyektləri, kafe və restoranlar, o cümlədən digər sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes qurumları daxildir. Eyni zamanda Ağsuda fəaliyyət göstərən yük maşınları, taksilər, müxtəlif xidmət maşınları da Mirfazil Seyidəliyevə “vergi” verirlər. Misal üçün, daş daşıyan yük maşınlarının hər biri S.Müslümovun dayısına, icra başçısının isə qardaşına 200 manat verir. Əks təqdirdə onlar daş satmağı xəyallarından belə keçirə bilməzlər.

“Özəl vergi”ni verməyənlər isə “Müslümov-Seyidəliyev klanı”nın digər vəzifəli şəxsləri ilə üz-üzə gəlirlər. Yəni elə bir vəziyyətə salınırlar ki, həmin ay müxtəlif qurumlara verəcəklərinin 10 qatı qədər cərimə ödəməli olurlar. “Ağıllanmayanların” isə “obyektləri” ümumiyyətlə bağlanır və onlar müflis vəziyyətdə Ağsudan didərgin salınırlar.

Məsələn, Ağsuda daş bazarı var. Amma Fazil Seyidəliyev həmin bazara “qıfıl” vurub. Niyəsi isə çox sadədir. Ağsu rayonunun Ağabəyli kənd sakinləri olan daş bazarının sahibləri M. Seyidəliyevin şərtləri ilə razılaşmayıblar. Bundan sonra M.Seyidəliyev Ağsuya gəlib-gedən bütün daş maşınlarının sürücülərinə ismarıc yollayıb ki, Ağsu daş bazarına gedən maşın ikinci dəfə rayona girə bilməyəcək. Elə o gündən də Ağsuda daş satıb ailəsinə çörək aparan maşın sürücüləri rayonun küçələrinə səpələniblər. Kim harada istəyir, maşınını orda da saxlayır, müştəri gəzir. Daş bazarı isə, necə deyərlər, ağzı günə qalıb.



Bildirildiyinə görə, hazırda Mirfazil Seyidəliyev Ağsu daş bazarının sahibləri olan qardaşlardan bazarı bütöv şəkildə tələb edir. Yəni qardaşlardan tələb olunub ki, bazarı təhvil versinlər və Ağsunu tərk eləsinlər.

Hələlik qardaşlar Mirfazil Seyidəliyevin və klanın bu özbaşınalıqlarına qarşı dirəniş göstərirlər. Amma bunun nə qədər çəkəcəyi məlum deyil…

Ancaq o da var ki, qüdrətli nazir Səlim Müslümovun vəzifəsindən çıxarılması kriminal sprutun planlarını dolaşıq salıb.

S. Müslümovun yüksək vəzifədən gedişindən sonra KİV-də “Müslümov-Seyidəliyev klanı”nın əvvəlki cinayətləri haqda xəbərlər yayılmağa başladı. Məsələn, Ağsu sakini Rövşən Daşdəmirov öz atasının rayon klanının nümayəndələrindən biri olan Fətulla Seyidəliyev tərəfindən qətlə yetirilməsinin qorxunc tarixçəsi barədə videoyazı yaydı.

Rövşənin atası Mahmud Daşdəmirov 35 il yerli poçt şöbəsində baş mühasib vəzifəsində işləyib. Onun vəzifəsinə həm də pensiyaçılara verilən müavinətlərin vaxtında sahiblərinə çatdırılmasını təmin etmək daxil idi.

9 sentyabr 2002-ci ildə yerli bankda direktor vəzifəsini tutan Fətulla Seyidəliyev onun evinə gəlib. O, Mahmud Daşdəmirova təklif edib ki, pensiyaların ödənişini saxlasın və bunun üçün nəzərdə tutulan pulu faizlə dövriyyəyə buraxsın. Poçtun baş mühasibi bankirin bu təklifini rədd edib və növbəti gün öldürülüb. Onun başına odlu silahdan atəş açıblar...

Rövşən Daşdəmirov iddia edir ki, onun atasını məhz Fətulla Seyidəliyev öldürüb və cinayəti intihar kimi təqdim etdirib. Bütün bu illər ərzində ailə heç yerə şikayət edə bilmirdi, amma indi, Səlim Müslümovun işdən çıxarılmasından sonra, işə ədalətlə baxılacağına və günahkarların cəzalandırılacağına ümid edir...

Xəbər 1941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +