19.05.2018  14:32 

Ağ bayraqla Azərbaycana qaçan erməni tutuldu – Gülünc səbəb





A+  A-

Ermənistanın Tavuş vilayətinin Verin Karmiraxbyur kəndinin sakini Azərbaycanla sərhədi keçməyə çalışıb.
XəzərNews.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Sərhədi keçməyə çalışan şəxsin 1975-ci il təvəllüdlü olduğu bildirilib. Onun sərhədi keçmək istərkən köynəyindən ağ bayraq kimi istifadə etməyə çalışdığı qeyd edilib.

Mətbuat sərhədi keçməyə çalışan şəxsin Rusiyada hərbi məktəbdə oxuduğunu yazıb. Onun uzun illər Qazaxıstanda yaşadığı və həm Ermənistan, həm Qazaxıstan vətəndaşlığına sahib olduğu bildirilir.

Adı açıqlanmayan şəxsin Azərbaycana qaçmaq istəyinin səbəbi də ortaya çıxıb. Başını götürüb ölkəsindən qaçan 43 yaşlı vətəndaş guya "Qarabağın ermənilərə aid olduğunu sübut edən sənədləri Azərbaycana vermək istəyirmiş". "Sənədlər"in nədən ibarət olduğu bilinmir, həmçinin, qaçan şəxs onları harasında "gizləyibsə", onu hüquq-mühafizə orqanları da hələ ki "tapmayıblar".

"Qaçma səbəbi" barədə gülünc açıqlamaya erməni ictimaiyyəti də istehza edib.

Xəbər 1352 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu

23.01.2025  08:52 

“Qarabağ” FCSB-yə qarşı

23.01.2025  08:27 

Sürücülərin diqqətinə!


BÜTÜN XƏBƏRLƏR +